Səlim Qasımov
Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957).
Səlim Qasımov | |
---|---|
Azərbaycan SSR yerli sənaye naziri | |
31 dekabr 1953 – 14 iyul 1956 | |
Əvvəlki | Cəmaləddin Maqomayev |
Sonrakı | Qurban Xəlilov |
28 mart 1946 – 18 aprel 1953 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Cəmaləddin Maqomayev |
Azərbaycan SSR xalq yerli sənaye komissarı | |
5 may 1938 – 28 mart 1946 | |
Əvvəlki | Zəkəriyyə Balaxlinski |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1957 (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Həyatı
Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir.[1]
1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu sıralarına keçirilmişdir. Bir il sonra Uzaq Şərqdən Bakıya qayıdaraq yenidən Budyonnı adına zavodda işləməyə başlamışdır. 1937-ci ilin may ayında SSRİ Xalq Ağır Sənaye Komissarlığının əmri ilə Frunze adına kükürd turşusu zavodunun, 1937-ci ilin sonlarına yaxın isə Caparidze adına neftayırma zavodunun direktoru təyin edilmişdir.[1]
Səlim Qasımov uzun illər Azərbaycan SSR yerli sənayesi nazirinin müavini və yerli sənaye naziri (1938-ci ildən), ömrünün sonlarına yaxın isə Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri vəzifələrində işləmişdir. O, 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2][3]
Səlim Qasımov 26 iyul 1957-ci ildə vəfat etmişdir.[2]
Ailəsi
Valideynləri — Qasım Qasımov, Hörmət Qasımova
Həyat yoldaşı — Ağaxanım Qasımova
Övladları — Müslüm, Kərim, Vaqif, Rəfiqə, Rafiq, Ramiz və Rauf
Təltifləri
İstinadlar
- Səlim Qasьmovic Qasьmov // Qommunist. № 268 (5196). 21 nojabr 1937. S. 3.
- С. Г. Гасымов // Коммунист. № 176 (10512). 28 июл 1957-ҹи ил. С. 4.
- Qasımov Səlim Qasım oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 118.
Xarici keçidlər
- "Salim G Gasymov" (ingilis). Find a Grave. İstifadə tarixi: 18 yanvar 2022.
- "Касумов Селим Касумович" (rus). Память народа. İstifadə tarixi: 1 iyul 2022.