Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959[1], Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu.
Səlcuq Yula | |
---|---|
türk. Selçuk Yula | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1959[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 2013 (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | hücumçu |
Həyatı
Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur.
Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb.
1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb.
"Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu.
Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib.
Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib.
14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
"Fotomaç" qəzeti və "Fənərbağça TV"də idman şərhçisi olub.
"Fənərbağça"dan sonra "Qalatasaray"da da oynamış 53 yaşlı Selçuk Yula 2013-cü ilin avqust ayının 6-da vəfat edib[2].
Evli və 1 qız atası idi.
İstinadlar
- Selcuk Yula † // Transfermarkt (çd.). 2000.
- "Məşhur türk futbolçu öldü". 2013-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.