Səlcuq Xatun
Səlcuq Xatun (1407, Amasya ili – 25 oktyabr 1485, Bursa) — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı.[1][2][3] Bibi Sultan olaraq anılır.
Səlcuq Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1407 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 1485 |
Vəfat yeri | |
Dəfn yeri | Yaşıl türbə, Bursa |
Atası | Çələbi Mehmed |
Anası | Qumru Xatun |
Həyat yoldaşları |
II İbrahim bəy Candaroğlu Mahmud bəy |
Ailəsi | Osmanlı sülaləsi |
Həyatı
Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1424-cü ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Ərinin vəfatından sonra 1444-cü ildə Mahmud bəylə evləndi. Bu evlilikdən 2 oğlu və 4 qızı dünyaya gəlsə də, övladlarının adı bilinmir. Ancaq bir il sonra ərinin vəfat etməsinin ardından Bursaya qayıtdı və qalan ömrünü burada keçirdi.
II Bəyazid və Cem Sultan arasında başlayan taxt mübarizəsində Böyük bibi ünvanıyla sülh danışıqları apardı. Cem Sultanın 1481-ci ildə Bursadakı 22 günlük səltənəti əsnasında onun tərəfində durdu. Səlcuq Xatunun köşkü Bursadakı Cem Sultan tərəfdarlarının mərkəzi iqamətgahına çevrilmişdi. II Bəyazidin orduyla Bursaya irəliləməsini eşidən Cem Sultan böyük bibisi Səlcuq Xatunu bir qrup üləma ilə birlikdə qardaşının yanına göndərdi. Səlcuq Xatun qardaşı nəvəsinə qardaş qanı axıtmamasını və ölkə torpaqlarının bölüşdürülməsini məsləhət gördü. Ancaq dövlət adamlarının buna qarşı çıxması nəticəsində Bibi Sultanın bu təklifi rədd edildi.
Ardından Bursaya qayıdan Səlcuq Sultan 2 qardaş arasındakı bu müharibəyə son qoya bilmədi və 1485-ci ildə Bursada vəfat etdi. Cənazəsi Yaşıl türbədə dəfn edilmişdir.
Mənbə
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı
İstinadlar
- Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
- Uluçay 2011, p. 50
- Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80