Səlahəddin Quliyev
Səlahəddin Məlik oğlu Quliyev (13 iyun 1958, Səfikürd, Qasım İsmayılov rayonu – 9 sentyabr 2022) — 1994–2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti[1], "91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalılardan biri[2]
Səlahəddin Quliyev | |
---|---|
Səlahəddin Məlik oğlu Quliyev | |
Doğum tarixi | 13 iyun 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 2022 (64 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1994–2004 |
Mükafatları |
Həyatı
Quliyev Səlahəddin Məlik oğlu 13 iyun 1958-ci ildə Azərbaycan Respublikası Goranboy rayonu Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşdur.
1965–1966-cı il tədris ilində Tatarlı kənd səkkizlik məktəbində 1-ci sinifə daxil olmuş, 1975-ci ildə Goranboy rayonu 2№ li şəhər orta məktəbini, 1969–1974-cü illərdə Goranboy şəhərində 1№li musiqi məktəbinin tar şöbəsini bitirmişdir.
1975–1976-cı illərdə Səfkürd kəndində kalxozda işləmiş, 1976–1978-ci illərdə ordu sıralarında qulluq etmişdir.
1978–1980-ci illərdə kalxozda işləmişdir. 1980–1985-ci illərdə Bakı Slavyan Universitetində və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Təhsil illərində Bakı və "Bakı axşam" qəzetlərində ədəbi işçi işləmişdir. İnstitutu bitirdikdən sonra təyinatla həmin qəzetdə işləmişdir. 1989–1991-ci illərdə Respublika Teatr Cəmiyyətində işləmişdir.
1991–1993-cü illərdə Azərittifaqda işləmişdir.
1993–2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinə rəhbərlik etmişdir. 2004-cü ildən son illərədək "Respublika" qəzetində baş redaktor müavini vəzifəsində işləmişdir.
1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfərdən biridir.
26 mart 2004-cü il başqa işə keçməsi ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsindən azad edilmişdi.[3]
Əsərləri
Səlahəddin Quliyev "Məni sənsizliyə öyrətmə gülüm" Bakı, maarif nəşriyyatı, 2009, "Qədr gecəsinin mələyi" Bakı, Elgün-no mətbəəsi, 2018 adlı şeir kitablarını, çoxlu sayda hekayə, məqalələrin müəllifidir. Şeirlərinə mahnılar yazılmışdır.
Vəfatı
9 sentyabr 2022-ci ildə infarktdan vəfat edib.[4]
Təltifləri
18 noyabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" adına layiq görülüb.[5]
İstinadlar
- "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- "Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI". 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
- "S. M. Quliyevin Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibinin müavini vəzifəsindən azad edilməsi haqqında". 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
- "Prezidentin keçmiş mətbuat katibi vəfat etdi". 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-30.
- "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı