Səlahəddin Bitar

Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار; 5 may 1912[1], Dəməşq[1]21 iyul 1980[2][1][…], VIII arondisman (Paris)[1]) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçiliksosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar.[3] Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir.

Səlahəddin Bitar
ərəb. صلاح البيطار
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1912(1912-05-05)[1]
Doğum yeri
Vəfat tarixi 21 iyul 1980(1980-07-21)[2][1][…] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

Onun yazılarına aşağıdakılar daxildir:[4]

  • Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960.
  • Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965. Vols. 1-4 contain items by subject.

Mənbə

İstinadlar

  1. Archives de Paris.
  2. Salah al-Din Bitar // Encyclopædia Britannica (ing.).
  3. Batatu, 2000. səh. 725–726
  4. Bernard Reich (ed.), Political Leaders of the Contemporary Middle East and North Africa: A Biographical Dictionary, Greenwood Publishing Group, 1990, p. 111

Ədəbiyyat

  • Batatu, Hanna. The Old Social Classes and New Revolutionary Movements of Iraq (3rd). Saqi Books. 2000. ISBN 0863565204.

Əlavə ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.