Səkkiz yarım (film, 1963)

Məzmun

Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.

Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.

Film haqqında

  • Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var. Versiyalardan biri isə belədir: Bu rəqəm Federiko Fellininin filmoqrafiyasında bu filmin sıra nömrəsini bildirir. Belə ki, bu filmə qədər Fellini 6 tammetrajlı və 2 qısametrajlı və eləcə də rejissor Alberto Lattuada ilə birlikdə 0,5 film (yarımfilm) çəkmişdi. Ona görə də 6+2+0,5=8,5…
  • Fellini bu filmin əsas məğzini belə açırdı:
" Mənim personajım çıxış yolunu görmədiyi dolaşıq situasiyaya düşüb. Onun həyatında bəlkə də nədənsə tuta biləcəyi heç nə yoxdu. O, axınla birgə üzür, hərçənd, belə həyat onun özünə də dəhşətli sərsəmlik, mənasızlıq, məqsədsizlik kimi gəlir. Mən bir çox ölçülərdə insan mahiyyətinin, varlığının portretini ortaya çıxaran film yaratmaq istəmişəm. Daha doğrusu, insanın özündə ehtiva etdiyi bütün dünyanı göstərməyə çalışmışam. Ona görə insanı müxtəlif planlardan, daha doğrusu, onun fiziki həyatından, hisslərindən, arzularından, xəyallarından, xatirələrindən danışdığım film düşündüm. Bunu elə danışmaq lazım idi ki, xaotik, ziddiyyətli, dolaşıq ümumidən insan mahiyyəti bütün mürəkkəbliyi ilə meydana gəlsin.[12]
"
  • Moskvada keçirilən beynəlxalq festivalda Nikita Xruşşov filmi izləyəndə yatıb. Bunu bilən Fellini mükafatlandırma mərasiminə qalmayıb, arvadı, dostları ilə birlikdə dincəlməyə gedib.[12]

Mükafatlar

  • Bu ekran nümunəsi 1964-cü ildə Xarici dildə ən yaxşı film və Ağ-qara filmdə ən yaxşı kostyum dizaynına görə 2 "Oskar" mükafatına layiq görülüb.
  • Bu film 1964-cü ildə III Moskva Beynəlxalq Kinofestivalında böyük mükafat qazanmışdır.
  • Film 1966-cı ildə Tokioda keçirilən "Kinema Jumpo Awards" kinofestivalında Ən yaxşı xarici film və Ən yaxşı xarici rejissor nominasiyalarında mükafata layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri: Federiko Fellini, Ennio Flayano, Tullio Pinelli, Brunello Rondi
Rejissor: Federiko Fellini
Operator: Canni Di Venanso
Bəstəkar: Nino Rota
Prodüser: Anjelo Rissoli
Geyim üzrə rəssam: Leonor Fini
Montaj: Leo Katosso

Rollarda

Marçello Mastroyanni – Qvido Anselmi
Klaudiya Kardinale – Klaudiya
Anuk Eme – Luiza Anselmi
Sandra Milo – Karla
Rossella Falk
Barbara Stil
Madlen le Bo

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.