Səid ibn Əmr əl-Həraşi
Səid ibn Əmr əl-Həraşi (d. ? - ö. 735-ci ildən sonra) — Əməvilər dövrü vali və sərkərdələrindən.
Həyatı
Qeys Aylan qəbiləsinin qollarından Hariş b. Kəbə mənsubdur. Əslən Kinnəsrinli olub İrminiyədə doğulduğu, anasının Həbəşli olduğu nəql edilməkdədir. Qaynaqlarda həyatıyla ilgili ilk bilgilər, Şəvzəb adlı bir xaricinin çıxardığı üsyanı yatırmasıyla əlaqəlidir.
720-ci ildə Kufə valisi Əbdürrəhman b. Abdullahın, Şəvzəbin çıxardığı üsyanı yatırmaqla Məhəmməd b. Cərir komandasında göndərdiyi ordu məğlub olmuşdu. Xaricilər, daha sonra Əməvi xəlifəsi II Yəzidin göndərdiyi iki ordunu da məğlubiyyətə uğratmışdılar. Bu arada Kufəyə gələn xəlifənin qardaşı Məsləmə ibn Əbdülməlik, xalqın şikayətçi olması üzərinə Səid ibn Əmr əl-Həraşini Şəvzəbin üsyanını yatırmaqla vəzifələndirdi. Aparılan savaşda Həraşi komandasındakı ordu xariciləri məğlub etdi, Şəvzəb də öldürüldü. Həraşi bu uğurundan dolayı Xorasan valiliyinə təyin edildi (721-22).
Xorasanda öncəliklə bir sıra idari və əsgəri nizam-intizam yaradan Həraşinin buradakı ən önəmli uğuru Soğdlular qarşısında qazandığı zəfərdir. Onun xariciləri yenməsi və dərhal ardından Xorasan valiliyinə təyin edilməsi, öncəki vali zamanında cizyə və xərac vergilərini ödəməyən və valiyə qarşı türklərlə iş birliyi quran Soğdluları əndişəyə saldı. Soğdlular, məlikləri Gurəkin qəbul etməməsinə rəğmən yurrlarını tərk edərək Fərqanə hökmdarından sığınma istəyində oldular. Ancaq Həraşi, hələ Fərqanə məlikinin himayəsi altına girmədən Xocənd yolunda onları yaxalayıb bir çoxunu qılıncdan keçirdi; bir qismini də əsir alaraq mallarını müsadirə etdi. Bu arada Xocənd güzərgahında olan Usruşananı ələ keçirib əhalisi ilə bir anlaşma bağladı.
Həraşi, Soğd məsələsini böyük ölçüdə həll etdikdən sonra Süleyman b. Əbüs-Sürrini Soğd vadisində yaşayan Dehqan Deyuştinin üzərinə göndərdi. Süleyman, Deyuştini məğlubiyyətə uğratdı və sığındıqları qalada mühasirə altına aldı. Qala əhalisi uşaqlarına toxunulmaması şərtiylə təslim olmağı qəbul edincə Həraşi Deyuştini tutuqlayaraq İraq valisi Ömər ibn Hübeyrəyə göndərdi.