Səid Qurbanov
Səid Qurbanov - Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi.
Səid Qurbanov | |
---|---|
Səid Camal oğlu Qurbanov | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd, Salik kəndi |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Həyatı
Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbəndin Salik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib.
1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinə sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb.
2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü olub. İki dəfə Dağıstan Sovet Sosialist Respublikasının deputatı olan soydaşımız həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub.
2009-cu il martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən S.Qurbanov xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və S.Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dağıstanın Dərbənd rayonunun Salik kəndində torpağa tapşırılıb.
2008-ci ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.
11 mart 2009-cu ildə Bakıda vəfat edib.