Səid Mehmed Paşa
Səid Mehmed Paşa (Osmanlı türkcəsi: سعيد محمد باشا) (ö. 1869) — Osmanlı sultanı II Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Səid Mehmed Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Fəaliyyəti | dövlət rəsmisi |
Həyat yoldaşı | Mihrimah Sultan |
Uşağı | Sultanzadə Abdullah bəy |
Əslən Bursalı olub, dayısı olan saray başçavuşusu Əli Əfəndinin vasitəsilə 1820-ci ildə Köhnə saraya, 1822-ci ildə isə Əndəruna alınaraq burada təhsil almışdır. Daha sonra xəzinə kəndxudası Kiprli Əli Əfəndinin çuxadarı olaraq xidmət etmişdir. 1827-ci ildə padşahın baş çuxadarı, 1831-ci ildə isə silahdarı olmuşdur. Ancaq bir il sonra vəzifələrindən azad olunub, Anadoluya sürgün edilmişdir. 1834-cü ilin iyulunda İstanbul boğazının mühafizəsiylə vəzifələndirilmişdir.
Bu vəzifədə ikən 6 aprel 1836-cı ildə vəzir rütbəsi alaraq II Mahmudun qızlarından Mihrimah Sultanla nigahlanmışdır. Cütlüyün toy mərasimi isə 28 aprel 1836-cı ildə Dolmabağça sarayında baş tutmuş, eyni mərasimdə Şahzadə Əbdülməcid və Şahzadə Əbdüləziz Sədabad qəsrində sünnət edilmişdir. Ancaq çox keçmədən 31 avqust 1838-ci ildə Mihrimah Sultan doğum əsnasında vəfat etmişdir. Dünyaya gələn Sultanzadə Abdullah bəy adlı oğlan uşağı da çox yaşamamışdır.
11 noyabr 1836-cı ildə Anadolu sərdarlığına, 14 noyabr 1837-ci ildə isə baş sərdarlığa təyin edilmişdir. 3 iyul 1839-cu ildə ticarət naziri, 8 yanvar 1840-cı ildə kaptan-ı dərya, 30 mart 1841-ci ildə ikinci dəfə ticarət naziri, həmin ilin mayında Aydın, yanvar 1842-ci ildə isə Ədirnə valisi təyin edilmişdir. 1842-ci ilin dekabrında vəzifədən alınmışdır.
1861-ci ildə sədarətə dəvət edilsə də, bu təklifi geri çevirmiş təqaüdə ayrılmışdır. 1869-cu ildə vəfat etmişdir.
Mənbə
- Sicill-i Osmani V cild, səh. 84