Səhnə adı

Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər.

Merilin Monro (əsl adı ing. Norma Jeane Mortenson) anası Merilin Millerin qız soyadından istifadə edərək öz səhnə adını yaratmışdı. Bu ad1956-cı ildə onun qanuni adı oldu.

Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur.

İstifadə səbəbləri

Madhubala (əsl adı Mumtaz Jehan Begum Dehlavi). Onun səhnə adı hind rejissoru Mohan Sinha tərəfindən təklif edilib.[1]

İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır;

tələffüz etmək və ya yazmaq çətindir;

başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur.

Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. 

Ailə əlaqəsi

Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.[2]

Steve Harley və Cockney Rebel- in aparıcı müğənnisi olan əsl adı Stiven Nays, səhnədəki obrazının real həyatda olduğundan çox fərqli olduğunu anladıqdan sonra Steve Harley adını aldı.[3]

Birlik qaydaları

Birləşmiş Ştatlarda SAG-AFTRA (2012-ci ildə ABŞ Kinoaktyorlar Gildiyası və Amerika Televiziya və Radio Rəssamları Federasiyası arasında birləşmə nəticəsində yaranıb) və Birləşmiş Krallıqdakı Equity kimi aktyorları təmsil edən gildiya və assosiasiyalar iki eyni adlı üzvün olmamasını şərt qoyurlar. Artıq adı çəkilən aktyor yeni ad seçməlidir. SAG-AFTRA hər hansı yeni üzvə, hətta başqa bir üzv artıq eyni səhnə adına sahib olsa belə, imtina sənədi imzaladığı müddətə qədər öz qanuni adını səhnə adı kimi saxlamağa imkan verir.[4] Katheryn Elizabeth Hudson kimi anadan olan müğənni Keti Perri, Keti Hadson adı altında albomunu buraxdı, lakin daha sonra aktrisa Keyt Hadson ilə çaşqınlıq yaratmamaq üçün anasının qızlıq soyadını istifadə etdi.[5]

Musiqidə istifadəsi

Freddie Mercury performing in New Haven, CT, November 1977.jpg
Müğənni Freddie Mercury qanuni olaraq adı Fərrux Bulsara olmuşdur.

Bəzi musiqi növləri digərlərindən daha çox səhnə adları ilə əlaqələndirilir. Məsələn, hip-hop və pop sənətçiləri demək olar ki, həmişə səhnə adlarından istifadə edirlər. Onlardan fərqli klassik bəstəkarlar və ifaçılar bu adlardan nadir hallarda istifadə edirlər.

Hollivud səhnə adlarından fərqli olaraq, bir çox musiqiçilərin səhnə adları açıq-aydın şəxsi adlar deyil, lakin onlar yenə də Ledi Qaqa kimi ifaçıya istinad etmək üçün universal olaraq istifadə oluna bilər.

İstinadlar

  1. N, Patcy. "'I still regret saying no to Raj Kapoor for Satyam Shivam Sundaram'". Rediff.com (ingilis). 15 August 2019. 26 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2021.
  2. "Nicolas Cage". Biography (ingilis). 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
  3. Archived at Ghostarchive and the "Steve Harley - Make Me Smile/Friend for Life (Live 'Xposure')". YouTube. Archived from the original on 2021-09-23. İstifadə tarixi: 2023-09-10.: "Steve Harley - Make Me Smile/Friend for Life (Live 'Xposure')". YouTube. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.
  4. "Can I check professional name availability?". October 20, 2021. May 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2023.
  5. "11 things you didn't know about Katy Perry". Yahoo Entertainment. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.