Səhnə Qurbanı (dram)
Səhnə Qurbanı — "Səhnə Qurbanı" səhnə əsəri 1939-cu ildə "Revalyusiya i Kultura" jurnalında çap olunmuşdur. Bir pərdədən ibarət pyes, 1926-cı ildə qələmə alınmışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri, yaxın dostu Hüseyn Ərəblinskinin ölümünün altıncı il dönümünə özəl olaraq yazmışdır.
Mövzusu
Pyesdə çətin həyat sürmüş və sonda yaxın qohumu tərəfindən teatr aktyoru olduğu üçün qətlə yetrilən Hüseyn Ərəblinskinin fəaliyyətinin qısa bir dövründən bəhs edilir. Yazıçı Hüseynin mübariz və əzimkar xarakterini oxucuya çatdırmağa çalışmışdır. Hüseyin kasıb və əlverişsiz şəraitdə yaşamasına baxmayaraq həyatı çox sevir. Bir gün xalqın teatr və aktrorlara olan pis münasibətinin sona çatacağına ümid edir. Bunu düşünərək durmadan çalışır, özünü inkişaf etdirir. Bu yolda ona qarşı çıxanlara və ölüm təhdidlərinə baxmayaraq fəaliyyətinə davam edir.
"Səhnə Qurbanı" dramı, Hüseyn Ərəblinskinin həyatını və səhnə fəaliyyətini araşdırmaq üçün önəmli bir qaynaq ola bilər.
Təsviri
Hadisələr teatr aktyoru Hüseyn Ərəblinskinin evində baş verir. O evində yeni aldığı "Frans" rolunu məşq edir. Anası otağa girəndə ona kömək etməsini xahiş edir. Rolun tələbinə uyğun anasını boğmağa başlayır. Anası doğrudan onu öldürəcəyini düşünür və bərk qorxur. Bu sırada Hüseyinin səhnə yoldaşı Vəli gəlir və birlikdə məşqi davam etdirirlər. Onlar məşq edərkən Hüseyinin dayısı gəlir. Dayısı bu çirkin işi atmağı tövsiyə edir. Hüseyin dayısına qarşı çıxınca öz ünvanına təhqir edici sözlər eşidir.
Hüseyinə oktyorluğu buraxıb onun yanında çalışmağı təklif edən dayısı ona hər cür yardım edəcəyinə söz verir. Lakin Hüseyin teatrdan başqa heç bir yerdə işləməyəcəyini deyir. Hüseyinin dayısı bunu eşidib onu yenidən təhqir edir və onu ölümlə hədələyir. Hüseyin isə onsuzda bir gün qohumları tərəfindən öldürüləcəyini düşündüyünü söyləyir. Amma buna baxmayaraq heç bir zaman teartrı buraxmayacağını vurğulayır.
İştirak edənlər
- Hüseyin Ərəblinski
- Dayısı
- Anası
- Yoldaşı Vəli — aktyor
Hüseyin obrazı
Hüseyin Ərəblinski, Azərbaycanın ilk professional teatr aktrorlarından biridir. Haqverdiyevin yaxın dostu olan Hüseyin, Azərbaycan səhnəsinin ilk "Otello"-sudur. O, teatr aktyoru olduğu üçün 1919-cu ildə öz dayıs oğlu tərəfindən qətlə yetirilmişdir. Əsərdə də aktyorluğu sevən və bütün varlığı ilə ona bağlı olan bir xarakter canlandırılıb. Olduqca kasıb yaşamasına baxmayaraq heç bir zaman zənginliyi düşünmür. Onun üçün ən böyük zənginlik sənətdir. O, belə söyləyir:
“Mənim dayımın pulu, malı var, mənim qabiliyyətim, bacarığım, iqtidarım var. Ancaq bir azdan sonra özü gedəcək, adı da öləcək; malı, dövləti, pulu da tələf olacaq. Amma Hüseyn Ərəblinskinin adı qiyamətə kimi diri qalacaq." |
Dil və üslub özəllikləri
Ə. Haqverdiyev "Səhnə Qurbanı" əsərində yad sözlərdən istifadə etməkdən qaçınmışdır. Hətta yazıçı istifadə etdiyibəzi Ərəbcə, Farsca kəlimələrin açıqlamasını verib. Bu da yazıçının ədəbi fəaliyyətinin son dönəmlərində tamamən Azərbaycan Türkcəsinin zənginliklərindən istifadə etməyə çalışdığını göstərir. Əsərdə günümüzdə istifadə edilməyən az sayda yad sözlərə yer verilib: “Təlin”, “təbid”, “əxz”, “kontor” kimi sözləri buna misal göstərməkolar.
Yazıçı əsərdəki Hüseyinin dayısını oxucuya daha orijinal tanıtmaq üçün onu öz şivəsi ilə danışdırır:
“Adə, pəs nə vaxt adam olacaqsan? Bu nədir, şeytan papağıdır, başına qoyubsan?” |
Bundan başqa yazıçı, Hüseyinin dayısının ağzından bir neçə vulqar sözə də yer verir:
“Binamus”, “biqeyrət”, “Tfu səninüzünə”..[1] |
İstinadlar
- "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-03.