Səhiyyə TV
Səhiyyə TV — 1 aprel 2022-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.[1]
stv | |
---|---|
Səhiyyə Televiziyası | |
Ölkə | |
Yayım ərazisi | Peyk yayımı həyata keçirməyən yayım platforması |
Baş qərargah | Merdanov Qardashları 127, 1022, Bakı, Azərbaycan |
Yaranma tarixi | 1 aprel 2022 |
Sahibi | Azər Xudiyev |
Şüar | Sağlam Bax |
Sayt | sehiyyetv.az |
Tarixçə
Səhiyyə Televiziyası Azərbaycan Respublikasının tibb üzrə ixtisaslaşmış ilk televiziya kanalıdır. Səhiyyə TV 01.04.2022-ci il tarixindən Azərspace peyki vasitəsi ilə 11024 H 16500 tezliyində HD keyfiyyətdə yayımlanırdı. Hal-hazırda telekanalın peyk yayımı yoxdur. Səhiyyə TV-nin təsisçisi Azər Xudiyevdir.
Səhiyyə TV ixtisaslaşmış tibbi informasiya resursudur. Tibbi informasiyanın daşınması və yayılması tarixində yeni mərhələdir. Kanalın bazasında 50 ixtisaslaşmış tibbi proqram istehsal olunur. Səhiyyə TV eksklüziv xəbər şəbəkəsinə malik ilk ixtisaslaşmış media olaraq öz partnyorlarını hər gün ölkədə və dünyada baş verən tibbi yeniliklərlə təmin edir. Səhiyyə tariximizdə ilk dəfə Azərbaycan həkimi bir televizyayla əməkdaşlıq sayəsində özünün imkanlarını təqdimetmə fürsəti qazanır, global tibbi şəbəkəyə çıxış əldə edir. Hər gün yenilənən xəbər proqramı, ixtisaslaşmış layihələr, canlı yayımlar, beynəlxalq onlayn konfransların təşkili, ilk tv klinika Azərbaycan həkiminin komfort informasiya mənbəyidir.
İstinadlar
- "Azərbaycanda yeni televiziya kanalı fəaliyyətə başladı" (az.). 13.04.2022. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2023.
Xarici keçidlər
- sehiyyetv.az — "Səhiyyə TV"nin rəsmi saytı
CANLI YAYIM http://myvideo.az/channels.aspx?channel=shtv.m3u8