Səhih hədis
Səhih hədis (ərəb. صَحِيحٌ) — islamda sağlam, düzgün, möhkəm mənalarına gəlir.
Məqalələr seriyasından |
Etimologiyası
Səhih (صحيح) sözü lüğətdə sağlam, düzgün, möhkəm mənalarına gəlir.[1] Eyni zamanda xəstəlikli, qüsurlu, üzürlü kimi mənfiliyin yoxluğuna işarə edən mənalara gəlir. Hədis elmində terminoloji mənası isə “Ədalət və zəbt sahibi ravilərin kəsiksiz (müttəsil) bir sənədlə rəvayət etdikləri, şaz və illəli olmayan hədis” deyə tərif edilmişdir.[2]
Xüsusiyyətləri
Yuxarıdakı tərifdən sonra bu xüsusiyyətləri ayrı-ayrılıqda ələ alaq və bu xüsusiyyətlərin nə kimi mahiyyət daşıdığına diqqət yetirək.
1)Səhih hədisin raviləri adildir: a) Müsəlman olmalıdır, ancaq bu şərt onun hədisi eşidərkən müsəlman olması üçün qoşulmur. Belə ki, ravinin hədisi rəvayət edərkən müsəlman olması şərtdir. b) Həddi bulluq yaşına çatmış olmalıdır. c) Ağıllı olmalıdır. d) Təqva sahibi olmalıdır. e) Adət-ənənələrə malik olmaq və hörmətlə yanaşmaq da bir ravidə axtarılan xüsusiyyətlərdəndir. Eyni zamanda yolları çirkləndirən, insanları ələ salan birisinin də rəvayəti düzgün sayılmaz.[3]
2) Səhih hədisin raviləri zəbtir: Zəbt bir ravinin eşitdiyi rəvayəti uzun müddət keçsə belə sonra olduğu kimi xatırlama qabiliyyəti olan hafizə bacarığına sahib olmasına deyilir. Bunu bir neçə cəhətdən açıqlaya bilərik. a) Oyanıq olmalıdır. Yəni ona bir nəfər rəvayət etmədiyi hədisi “bunu sən rəvayət etdin" dediyində qafil olmamalıdır, çünki qafil olan ravidən hədis almaq olmaz və bu unutqanlığın göstəricisidir. b) Əzbərdən rəvayət edirsə, hədisi yaxşı əzbərləməli, kitabından rəvayət edirsə, kitabını yaxşı qorumalıdır. c) Məna ilə rəvayət edirsə, mənanı pozan şeyləri bilməsi lazımdır. İbn əs-Salaha görə bir ravinin rəvayətinin səhih olub-olmaması o rəvayətinin zəbt sifətiylə tanınan siqa ravilərin rəvayırlırinə məna baxımından uyğun olması ilə əldə etmək olar. Əgər uyğun gələrsə, qəbul edilər. Nadir halda müxalif olsa qəbul, çox müxalifliyi olsa, isə qəbul edilməz.[3]
3) Səhih hədisin sənədi müttəsildir: Sənədin müttəsil olması, o deməkdir ki, sənəddəki ravilərin hər biri hədisi özündən əvvəlki ravidən şəxsən almış olmalı, və bu da sənədin kəsiksiz olaraq Məhəmməd Peyğəmbərə çatmasına aparıb çıxarmalıdır. Buna görə də sənədin müttəsil (kəsiksiz) olması bir şərt olaraq qəbul edilmişdir.[4]
4) Səhih hədis şəz olmamalıdır: Mühəndislərin ən mötəbər qəbul etdikləri şəz hədis tərifi belədir: “Siqa ravinin özündən daha siqa bir raviyə müxalif rəvayət etdiyi hədisdir”. İmam Şafii də bu görüşü mənimsəmişdir. Ancaq hakim və hicazlı alimlər sənədindində bir istinadı olan hədisə şəz demişlər. Yəni ravinin siqa olub-olmamasına baxmamışlar.[5]
5) Hədis müəlləl deyildir: İllə hədisin səhihliyinə xələl gətirəcək gizli qüsur deməkdir. Odur ki, hədis xarici görünüşü baxımında səhih kimi görünsə, də gizli bir qüsuru ola bilər və bu zaman səhihliyini itirər. Bu qüsur hədis üsulu mühəddislər tərəfindən ortaya çıxarılır.[1]
Bunlardan əlavə bəzi xüsusiyyətlər də vardır ki, onlar səhih hədisin xüsusiyyətlərindəndir. Onları aşağıdakı kimi sıralaya bilərik. 1)Səhih hədis, Qurani-kərim və Məhəmməd Peyğəmbərin hədisləri ilə səsləşir: Yəni ki, əgər bir hədisin Qurana və Peyğəmbərin hədislərinə zidd olduğu ortaya qoyularsa o hədis səhih olmaz. 2)Səhih hədis ağıla zidd deyildir: İslam dini ağıl və düşüncəyə böyük əhəmiyyət verir. Bu baxımdan əgər bir hədis Məhəmməd Peyğəmbərə nisbət ediləsə, belə ağıla zidd olarsa, düzgün deyildir. Misal üçün, “Nuhun gəmisi Kəbəni yeddi dəfə təvaf etdi, sonra məqami İbrahimdə iki rükət namaz qıldı." göründüyü kimi bu hədisin Məhəmməd Peyğəmbərin deməsi əqli baxımdan uyğun gəlmir. 3)Səhih hədisin mətnindən və ifadələrində ziddiyyət yoxdur: Məhəmməd Peyğəmbər hələ kiçik yaşlarından fəsih ərəb dilini öyrənmişdi və onun bu baxımdan xəta etməsi məntiqə uyğun olmazdı. 4)Səhih hədis tarixi həqiqətlərə zidd deyildir: Misal üçün, bir hədisdə Məhəmməd Peyğəmbərəin Xeybər əhalisinə cizyə tədbiq etdiyi və buna Muaviyənin katiblik etdiyi, Səid ibn Muazın isə şahidlik etdiyi bildirilir. Amma Cizyə ayəsi Təbuk səfərindən sonra nazil olmuş, Muaviyə də Məkkənin fəthindən sonra müsəlman olmuşdur. Bu baxımdan hədis həqiqətləri əks etdirmir. 5)Səhih hədis kiçik əməllər üçün böyük mükafat vəd etməz.[4]
Qisimləri
Səhih hədislər səhih lizatihi (özü-özünə səhih) və səhih liğayrihi (başqa bir səbəblə səhih) olmaqla iki yerə bölünür. Əgər bir hədis yuxarıda sadaladığımız xüsusiyyətlərin hamısını özündə ehtiva edirsə, deməli bu Səhih lizatihidir. Bəzi raviləri zəbt baxımından tənqid edilmiş, ancaq başqa bir müttəsil (kəsiksiz) sənədlə dəstəklənən hədislərə isə səhih liğayrihi deyilir.[1] İndi isə hər ikisinə misal verərək izah etməyə çalışacağıq.
Səhih Lizatihiyə misal: "Bizə Quteybə ibn Said rəvayət etdi, dedi ki; bizə Cərir, Umarə ibn Kakadan o da Əbu Zuradan o da Əbu Hüreyrədən rəvayət etdi. Əbu Hüreyrə belə deyibmiş: “Rəsulullahın yanına bir adam gəlib soruşdu: - insanlardan gözəl xidmət və söhbət etməmə ən layiq olanı kimdir? Məhəmməd Peyğəmbər: “anandır” buyurdu. -sonra kimdir? Dedi. -“Anandır” dedi. -sonra kimdir? Dedi. -“Anandır” dedi. -sonra kimdir? Dedi. -"sonra atandır" dedi. Bu hədisin raviləri siqadırlar. Hədis mətni də dəlillərlə sabit və uyğundur. Yəni hədis səhih lizatihidir.[3]
Səhih Liğayrihiyə misal: “(Məhəmməd Peyğəmbər) ümmətimə çətin olacağını bilməsəydim, hər namazdan əvvəl misvak istifadə etməyi əmr edərdim”. Əbu Hüreyrədən rəvayət olunan bu hədisin raviləri arasında Məhəmməd ibn Əmr vardır. Bu şəxs hafizəsi zəyif olduğu üçün cərh sifətindən tənqid edilmişdir. Və hədis həsən dərəcəsinə düşmüşdür. Amma bu hədis sənədi müttəsil olan başqa siqa ravilər tərəfindən də rəvayət edildiyi üçün hədis həsən dərəcəsindən qurtularaq səhih liğayrihi dərəcəsinə yüksəlmişdir.[3]
Tərifin problemləri
Yuxarıda qeyd etdiyimiz kimi səhih hədis “Ədalət və zəbt sahibi ravilərin kəsiksiz (müttəsil) bir sənədlə rəvayət etdikləri, şaz və illəli olmayan hədis” deyə tərif edilmişdir.[6] Buna baxmayaraq klassik dövrdə verilmiş bu tərif heç də mühəndislərin hamısı tərəfindən həm öz aralarında həm də müasir dövrdə bir mənalı şəkildə qəbul edilməmişdir. Bu problemləri aşağıdakı kimi sıralaya bilərik.
a)Sənədin müttəsil (kəsiksiz) olması: Mühəndislərin bəziləri sənədin müttəsil olmasını şərt qoşduğu halda bəzisi bunu qeyd etməmişdir. Misal üçün, imam Şafii bunu əsas saydığı halda Əbu Davud kimi hədis alimləri bunu qeyd etməmişlər. Ümumiyyətlə Şafinin görüş ravinin xüsusiyyətləri üzərində cəmləşib.[7] Yəni Şafiyə görə əsas hədisdə sənəddir və o bunu xəbərin doğru olmasını xəbər verənin doğruluğuna bağlayaraq həll etmişdir.
b)Zəbt şərti:İbn əs-Salahın və digər mühəndislərin də qəbul etdiyi bu şərt bir çox mühəddislər tərəfindən tənqid edilmişdir. Bu görüşü tənqid edənlərin başında ibn Hacər əl-Əskalani, Nəvəvi, İraqi və Səhavi gəlir. Bildiyimiz kimi ilk dövrlərdə hədis şifahi şəkildə nəql edilirdi və bu da hər bir insanın yanıla biləcəyinə səbəb ola bilər.[8]
c)Şəz və müəlləl məsələsi: Mühəndislərin mətni şəz və illəl baxımından tənqid etdikləri qeyd edilir. Bu iki xüsusiyyətin mətnlə bağlı nə kimi əlaqəsi olduğunu araşdırdıqda əslində bunların istinad və ravi ilə əlaqəli xüsusiyyət olduğu ortaya çıxmış olur. Mühəndislərin tərifindən də bunu aydın şəkildə görmək olar. Ən geniş yayılmış tərif isə “siqa ravinin özündən daha siqa bir raviyə müxalif rəvayət etdiyi hədis” kimi tərif edilmişdir. Şafii də bu görüşü mənimsəmişdir. Ancaq Halili, Hakim və hicazlı alimlər yuxarıdakı tərifdən fərqli olaraq bir istinadı olan hədisə şəz deyə tərif vermişlər. Yəni ravinin siqa olub-olmamasına baxmamışlar, amma ravi siqa olmazsa hədis mətruk hökmündədir. İllət hədisdə xarici görünüş baxımından görsənməyən ancaq mühəddislər tərəfindən ortaya çıxarılan gizli qüsur deməkdir. İllətin hakim tərəfindən açıqlamalarına baxdığımızda bunların mətnlə əlaqəli olmadığı ortaya çıxmış olur.[8] Dolayısı ilə bütün saydığımız bu xüsusiyyətlər mətnlə bağlı olan tənqidlər kimi görünsə, də əslində bunun mətnlə əlaqəsi yoxdur. Bunları belə açıqlayırlar ki, mühəddislər bir neçə yolla gələn rəvayətlərdə bir problemlə qarşılaşdıqda o hədisləri hadisə və sünnət baxımından ələ almış və daha siqa olan ravinin rəvayətini almışlar. Halbuki bir hədisin ravisi siqa belə olsa mətnin uydurma olma ehtimalı göz ardı edilmişdir. Bunu bir numunə üzərində daha aydın şəkildə göstərməyə çalışaq. Bir rəvayədə: “Əli ibn Əbutalibin ikindi namazını vaxtında qılmadığı üçün Məhəmməd. Peyğəmbərin duası ilə günəşi geri qaytarılmasından” danışılır. Bu rəvayəti Tahavi, Kadı İyad və başqaları səhih olaraq dəyərləndirdiyi halda, İbn əl-Cəvzi, İbn Teymiyə, İbn Kəsir və Zəhəbi kimi digər mühəddislər uydurma olduğunu qəbul etmişlər. Bu qədər fərqli fikirin olduğunu əsas alanlar hökmün içtihadi olduğunu və bu da özü ilə səhih hədis problemlərini gətirdiyini qeyd edirlər.[9]
d)İbn əs-Salahihin verdiyi səhih hədis tərifidə ən çox tənqid edilən bir məsələ də mətni göz ardı etməsi və tamamilə istinad mərkəzli olmazı məsələsidir. Bunun nəticəsində siqa ravilərin yanıla biləcəyi fikri göz ardı edilmiş və İslam dininin ikinci təməli sayılan hədislərin Məhəmməd. Peyğəmbərə aid olub-olmaması məsələsində ciddi problemlər yaranmışdır.[8] Yuxarıdakı tənqidləri digər mühəddislər də etmişdir. Belə ki, Batalyevsi ravinin güvənilən olmasının mətnin doğru olması mənasına gəlmədiyini vurğulayaraq belə deyir: “bir çox adam istinadın səhih olmasını sənədin səhih olması kimi anlamışdır. Halbuki həqiqətən belə deyil. Bəzən hədisin raviləri ədaləti bilən, din və əmanətdə güvənilən, tənqid edilməmiş və nəql etdikləri rəvayətlərdə də şübhə olmadığı halda əskiklik ola bilər”. İbn əl-Cəvziyə görə sənədin bütün raviləri siq belə olsa, hədis uydurma ola bilər. Məşhur Şafii alimlərindən olan Əbu Şamə əl-Məqdidi isə: “ən çətin vəziyyət sənətdə yer alan ravilərinin hamısının güvənilən (Siqa), ancaq mətninin uydurma olması və ya hədisin maklub və tətdilsə məruz qalmış olmasıdır. Bunları isə ancaq hədis alimlərindən tənqidçi olanı bilər” deyir. İbn Xaldun isə: “Tarixçilər, müfəssirlər və mühəddislər bəzi hadisə və hekayələrdə zəyif səhih ayrımı etmədən sırf nəqlə güvəndikləri, başqa metodları inkişaf etdirmədikləri, hikmət ölçüsünü və həqiqətləri diqqətə almadıqları və ağıl süzgəcindən keçirmədikləri üçün xətalara düşmüşlər” deyə izah edir.[8] Bütün bunlara görə bir çox alim hədislərin sənəd yönündən tənqid edilməsini yetərli saymamış və mətin baxımından da tənqid edilməsinin zəruriliyini vurğulamışlardır. Bunların sırasında Curcani, Mübarəkfuri, Məvdudi, Abdulcəbbar Said, Fazlur Rəhman, Məhəmməd Qəzzali, Məhəmməd Əbduh, Reşid Rıza, Çerağ Ali, Seyyid Əhməd xan, Mehmet Bilen, Ahmed Keleş, Müçteba Uğur və Nevzat Tartı kimi alimləri qeyd edə bilərik.[10]
Müasir araşdırmaçıların da bir çoxu yuxarıdakı fikri dəstəkləmişdir. Bunların sırasında M. Hayri Kırbaşoğlu: “Şafii-Hədis Əhli xətti ilə inkişaf etdirilən, Klassik Hədis Üsulunun dar nümunələrinin aşılması, hansı məzhəb və meyldən asılı olmayaraq, hədislərin səhihliyi ilə bağlı hər cür yanaşmaya açıq olmaq lazımdır. Bununla belə mövzu ilə bağlı müasir yanaşma və biliklərdən bəhrələnmək nöqtəsinə mütləq getmək lazımdır. Epistemoloji cəhətdən hədislərin səhih olması onların Məhəmməd. Peyğəmbərə mənsubluğunun “müəyyən” deyil, “ehtimal” olduğunu, yəni ehtimalını bildirdiyini qəbul edən alimlərin, xüsusən də rəy əhlinin yanaşması mənimsənilməlidir. Əlbəttə, bununla kifayətlənmək olmaz, lakin həm isnad, həm də mətn baxımından bir hədisin səhihliyi ilə bağlı digər yanaşmaları araşdırıb ortaya çıxardıqdan sonra bunlara hansı əlavələri edə biləcəyimizi də düşünməliyik” deyir.[8] H. Musa Bağcı səhih hədislə bağlı belə tərif vermişdir: “Adil və zəbt ravilərin müttəsil bir sənədlə rəvayət etdikləri, şəz və illəli olmayan, mənası Quranın ümumi prinsiplərinə, Məhəmməd. Peyğəmbərin sünnəsinə, ağılın aydın həqiqətlərinə və tarixi məlumatlara uyğun gələn, ifadələrində ardıcıllıq və balans olan hədislərdir”.[8]
Hökmü
Hadisçiler və hədisçi sayılan fəqih və üsulçulara görə səhih hədis höccətdir və lazımınca əməl edilməlidir. Səhih hədisin ravisinin bir şəxs və ya mütəvatir dərəcəsinə qalxmayacaq qədər şəxs olması arasında bir fərq yoxdur. Alimlər səhih hədisin etiqadi məsələlərdə dəlil olub olmayacağı baxımından fərqlili fikirlər irəli sürmüşlərdir. Çoxluq etibarilə etiqadi məsələlərin Quranikərim və mütəvatir hədislərlə sabit olacağını mənimsəsə, də İbn Hazm kimi şəxslər səhih hədisin qəti elim ifadə etdiyini və etiqadi məsələlərdə əməl edilməli olduğunu vurğulamışdır. Ancaq ravi siqa olsa belə heç bir ravinin səhv etmədən qorunmadığı diqqətdən qaçırılmamalıdır.[3]
Terminlər
Səhih hədislərlə bağlı işlədilən bəzi terminləri bilmək bu hədisi daha yaxşı anlamaq üçün labüddür. Bu terminlər içərisində Əsahhul-əsanid, Ceyyid və Saleh terminlərini qeyd edə bilərik. İndi isə bunları ayrı-ayrılıqda ələ alaraq izah etməyə çalışacağıq. Ceyyid: bu söz səhih termininin sinonimi kimi işlədilir. Əsahhul-əsani:İstinadların ən səhih, ən doğrusu, ən qüvvətlisi kimi mənalara gəlir. Və ravinin xüsusiyyətlərini nəzərə alaraq səhih istinadların birinin seçilməsini ehtiva edir.[1] Saleh: Lüğətdə “yaxşı, faydalı, düzgün” mənasını verən saleh sözü ceyyid, müstəkim, sabit, nəbil və məhfuz kimi terminlərlə birlikdə “səhih və ya həsən olan və şiddətli zəyifliyi olmayan hədis deməkdir. Hədisin səhih və həsən kimi dini məsələlərdə dəlil sayılmağa uyğun olmasına işarə edən “Salih li'l-ihticac” və tərk ediləcək dərəcədə aşağı səviyyədədə olmayan, lakin özündən daha zəif bir hədisi gücləndirəcək və ya özünü gücləndirəcək hədisi ifadə etmək üçün “salih li’l-itibar” terminləri sonradan formalaşdırılmışdır. Saleh terminini Abdullah ibn Mübarək, Yəhya ibn Mani, Əhməd ibn Hənbəl, Əbu Zürə ər-Razi və Əbu Davud əs-Sicistani tərəfindən “səhih” və “həsən” mənasında işlədilmişdir.[11]
Həmçinin bax
- Səhih-Buxari
- Səhih-Müslim
- İbn Macə
- Kuleyni kafi
- şeyx Səduq
- Hədis
İstinadlar
- R. Şirinov, Hədis elmi, (İpəkyolu Nəşriyyat, Bakı-2021)
- S. Aydemir, “Hadisler hakkında sahih değil ifadəsinin kullanımı", (Eskişehir Osmangazi Universitesi İlahiyat Fakültesi Dergisi, Cilt:7, Say:12, Mart-2020)
- İ. L. Çakan, Hadis Usulü, (M. Ü. İlahiyat Fakültesi Yayınları, Şubat-2016, İstanbul)
- R. Şirinov, Hədis elmi, (İpəkyolu Nəşriyyat, Bakı-2016)
- M. E. Çiftçi, “Hadis usulünde egemen sahih hadis tanıtımı ve problemleri”, (Kilis 7 Aralık Universitesi İlahiyat Fakültesi Dergisi, Cilt:1, Say:1, Haziran-2020)
- H. İ. Kutay, “Hadiste sened tenkidi”, (Elif Yayınları, İstanbul-2015)
- M. E. Özafşar, “Sahih hadis kavramı üzerine bir çözümleme”, (İslami Araşdırmalar Dergisi, Cilt:19, Say:1, 2006)
- M. E. Çiftçi, “Hadis usulünde sahih hadis tanıtımı problemi", (T.C Dcle Üniversitesi Sosiyal Bilimler Enstitüsü Temel İslam Bilimleri Ana Bilim Dalı, Diyarbakır-2019)
- M. E. Çiftçi, “Hadislerin sıhhatinin tespitinde içtihat problemi", (ETÜ Sosiyal Bilimler Enstitüsü Dergisi, Nisan2019, Ərzurum)
- M. E. Çiftçi, “Yeni bir sahih hadis tanımı önerisi", (Çanakkale Onsekiz Mart Universitesi İlahiyat Fakültesi Dergisi, Say:14, Çanakkale-2019)
- M. Efendioğlu, “Sahih ve ya hasen olup dini meselelerde delil sayılabilecek nitelikteki hadisleri ifade etmek ve bir râvinin güvenirliğini belirtmek üzere kullanılan hadis termi", (Türkiye Diyanet Vaqifı, İslam Ansiklopedisi, Cilt:36.)