Səfiyyə Sultan

Səfiyyə Sultan (təq. 1550[1]10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan.

Səfiyyə Sultan
türk. Safiye Sultan
ƏvvəlkiNurbanu Sultan
SonrakıXəndan Sultan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1550[1]
Vəfat tarixi 10 noyabr 1618(1618-11-10)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Sultan Murad türbəsi, İstanbul
Fəaliyyəti siyasətçi, qul[d]
Həyat yoldaşı III Murad
Uşaqları III Mehmed
Hümaşah Sultan
Aişə Sultan
Fatma Sultan
Mihrimah Sultan
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saraydan öncəki həyatı

Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir.

Saraya gəlişi

2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur. 15 yaşı tamam olduqda şahzadə Murada təqdim edilən Səfiyyə belinə qədər uzanan sarı saçları, iri mavi gözləri, uzun boyu və qamətli yerişi ilə şahzadəni özünə aşiq edir.

Hasəki Sultanlıq dönəmi

Səfiyyə Sultan, III. Murad taxta keçdikdə baş qadın olaraq paytaxta gətirildi. Gözəlliyi və zəkası ilə qısa zamanda böyük bir nüfuz sahibi olan Səfiyyə Sultanla, yenicə Validə Sultan olan Nurbanu Sultan arasında ilk sürtüşmələr də məhz bu dövrdə başlamışdı. Sultan Murada hər gün yeni cariyələr təqdim olunsa da, Səfiyyə Sultan gözdən düşmədi. Rəqibləri ilə mübarizə apararkən yavaş-yavaş da dövlət işlərinə qarışmağa başlayan Səfiyyə Sultanın 1585 tarixindən sonra daha da gücləndiyi qeyd olunur. Səfiyyə Sultan sadəcə dövlətin daxili işləri ilə yox, həmçinin xarici siyasəti ilə də maraqlanırdı. Xarici dövlətlərin hökmdarları ilə şəxsən yazışmaları olduğu bilinməkdədir. İngiltərə kraliçası I. Elizabeth ona 1593 tarixində zinət əşyaları ilə bəzənmiş bir portretini yollamış, cavab olaraq kraliçaya gümüş naxışlı bir araba dolusu geyim, qurşaq, yaqut və incilərlə bəzənmiş bir tac yollandı. Bu tipli hədiyyələşmələr onun validə sultanlığı dövründə də davam etdi. İngiltərə elçisi Edward Bartonun validə sultana verdiyi hədiyyələrlə İstanbuldakı vəzifə bölgülərinə təsir göstərdiyi bilinir. Belə ki, bu hədiyyələşmələr öz nəticəsini verəcək və Səfiyyə Sultan sarayda kraliçanın ən güclü dəstəkçisi olaraq bilinəcək.Kraliça 1599 tarixində ona bərbəzəkli bir at arabası və İran cinsi bir pişik hədiyyə etmış, Səfiyyə Sultan da bu arabayla indiyə qədər görünməmiş bir şəkildə bütün İstanbulu gəzmişdir.

Sokullu Mehmed Paşanın öldürülməsi

Sokullu 1574 tarixində vəfat edən II. Səlimin yerinə keçən III. Murad dönəmində də sədrəzəmliyini davam etdirmişdi. Lakin əvvəlki gücü yox idi, çünki sultan da artıq onun rəqiblərilə iş birliyi içində idi. Sokullu buna baxmayaraq bir çox siyasi uğurlara imza atdı. Mərakeşi portuqalların əlindən xilas etdi, Avstriyanın Osmanlı sarayı daxilində yaratdığı intriqaları aradan qaldırdı. Ancaq ona qarşı təzyiqlər artmışdı, əmisinin oğlu Budin Bəylərbəyi Sokullu Mustafa Paşa səbəbsiz yerə edam edilmişdi. Sokullu Mehmed Paşa 11 oktyabr 1579 tarixində dərviş geyimində bir yeniçəri tərəfindən divan çıxışı ürəyindən xəncərlənərək öldürüldü. Paşanı öldürən şəxs dərhal digər əsgərlər tərəfindən parçalanarkən, başda sultan olmaq üzrə digər dövlət adamları dərhal içəri alındı. Sokullu isə edilən bütün yardımlara baxmayaraq həyatını itirdi. Daha sonra Əyyub Sultan Məscidində dəfn edildi. Səfiyyə Sultan özəlliklə Sokullu Mehmed Paşanın 1579 tarixindəki ölümündən sonra dövlət idarəsində olduqca önəmli rol oynamışdır.

Validə Sultanlıq dönəmi

Səfiyyə Sultan Validə sultanlıq dönəmində güclü rol oynamışdır. 1595 tarixində III. Muradın vəfatı və oğlu III. Mehmedin taxta keçməsiylə validə sultan olaraq dövlət içindəki gücünü daha da gücləndirmişdir. Ərinə və onun ölümündən sonrakı düşmənlərinə qarşı oğlunu daim qorumuşdur. Hətta taxta sui qəsd etməsi səbəbi ilə öz nəvəsi şahzadə Mahmudu və anasını oğluna etdiyi təzyiqlərlə edam etdirmişdir. Sultan III. Mehmed önəmli məsələlərdə anası ilə məsləhətləşirdi. Nurbanu Validə Sultan günlük 2000 axca maaş aldığı halda oğlu Səfiyyə Sultanın illiyini 3000 axcaya qaldırmışdır. Dövlət adamlarından rüşvət və hədiyyələr alaraq məmur təyinatlarına müdaxilə etdiyi bilinməkdədir.

1596 tarixində Əyri səfərinə çıxan III. Mehmed 1 milyard axcalıq bir xəzinəni anasının himayəsinə vermiş, Əyri qalasının fəthi xəbərinin İstanbula gəlməsilə şəhərin bütün yoxsul, yetim və dullarına sədəqə paylamış, qurbanlar kəsilmişdir. Xarici siyasətdə qaynanası Nurbanu Validə Sultan kimi Venesiya yönlü siyasət yürütmüşdür. Sözsüz ki, bu siyasətdə venesiya elçilərinin ona verdiyi qiymətli hədiyyələrin də payı az deyil.

Yemişçi Həsən Paşanın edamı

Şeyxülislam Sunullah Əfəndi ilə Yemişçi Həsən Paşa arasındaki çəkişmə nəticəsində narazılıqlar getdikcə artmış, 1603 tarixində çıxan qarışıqlıqlar zamanı Səfiyyə Sultan da çətin vəziyyətdə qaldı. Üsyançılar onun sürgün edilməsini istəsələr də, padşah öz yaxın adamlarından Qapıağası Qəzənfər ağa və Darüssəadə ağası Osman ağanı üsyançılara təslim edib bu qarışıqlığı yatırdı. Daha sonra Səfiyyə Sultanın sədrəzəm Yemişçi Həsən Paşa ilə yaranan anlaşmazlığı paşanın edam edilməsinə gətirib çıxardı.

Böyük Validə Sultanlıq dönəmi

Oğlu Sultan III. Mehmedin vəfatından sonra validə sultanlığı bitib böyük validə sultanlıq vəzifəsinə yiyələndi. Osmanlı adət-ənənələrinə görə köhnə saraya getməli olan Səfiyyə Sultan bu güc və iqtidardan əl çəkə bilmədi və Handan Sultanın oğlu I. Əhmədin taxta çıxmasına baxmayaraq hərəmxananı yenə də özü idarə etməyə davam etdi. Lakin bu gücü çox uzun çəkmədi. Belə ki, I. Əhmədin hərəmi olan Kösəm Sultanın güclənməsi Səfiyyə Sultanı gözdən düşürdü və köhnə saraya köçürüldü.

Səfiyyə Validə Sultan tərəfindən təməli qoyulan Yeni Məscid və ya Validə Sultan Məscidi

Xeyriyyə işləri

Səfiyyə Sultan 9 aprel 1598 tarixində Əminönündə Yeni Məscidin inşaatında xüsusi bir mərasimlə başladı, ancaq oğlunun ölümü və özünün köhnə saraya yollanması külliyənin yarım qalmasına səbəb oldu. Bu külliyə 1665 tarixində IV. Mehmedin anası Turhan Xədicə Sultan tərəfindən tamamlandı. Bundan başqa Üsküdarın Qaramanlı kəndində bir məscid və bir çeşmə tikdirmiş, ərinin məscidində Quran oxunması üçün bir xeyriyyə cəmiyyəti qurdurmuşdur.

Eləcə də, 1598 tarixində öz adına bir mədrəsə və 1610 tarixində Qahirədə köləsi Osman ağa nəzarəti ilə Məleykə Səfiyyə Məscidi adı ilə anılan məscid inşa etdirmişdir.

Vəfatı

10 noyabr 1618 tarixində vəfat etdi. Cənazəsi İstanbul Ayasofiya Məscidində, əri Sultan Muradın türbəsinə dəfn edildi. Ölüm səbəbi bilinmir.

Həmçinin bax

  1. サフィエ・スルタン // https://mairi.me/-/1014046.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.