Səfikürdskilər
Səfikürdskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Səfikürdskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Bala bəy Qarabaği |
Mənşəyi | Qarabağ, Goranboy |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Səfikürd |
Soyun yaranması
Səfikürdskilər Goranboy Rayonun Səfikürd kəndində (XVI əsrdən) yaşamışlar. Səfikürdskilərin babası Bala bəydir. Bala bəyin babaları Xırdapara-Dizaq mahalının Pirəhmədli kəndindən gəliblər. Bala bəyin törəmələri Səfikürdski soyadını daşıyırdılar.
Bala bəyin Aslan bəy, Məmmədhəsən bəy adlı oğulları vardı.
Soyun məşhur nümayəndələri
- Ağalar bəy Səfikürdski — həkim.
- Aslan bəy Səfikürdski — Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919).
- Mahmud bəy Səfikürdski — siyasətçi.
Mənbə
- Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.