Səfi xan Yağləvəndli-Cavanşir

Hacı Səfi xan Alı xan oğlu Yağləvəndli-Cavanşir (1661-1721)—Yağləvənd oymağının kələntəri.

Səfi xan Cavanşir
Hacı Səfi xan Alı xan oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd oymağı, Arasbar, Qarabağ
Vəfat tarixi
Vəfat yeri Yağləvənd oymağı, Arasbar, Qarabağ

Həyatı

Səfi xan Alı xan oğlu təxminən 1661-ci ildə Qarabağın Arasbar qəzasında, Yağləvənd oymağında anadan olmuşdu. Savadlı adam olduğu, Məkkəyi-mükərrəmi ziyarət etdiyi məlumdur.

Hacı Səfi xan Yağləvəndli-Cavanşir 1721-ci ildə vəfat edib. Doğma obasında dəfn olunub.

Ailəsi

Səfi xanın Zeynal xan adlı oğlu vardı [1].

Ədəbiyyat

  • Ənvər Çingizoğlu, Xələflilər, Bakı: Mütərcim, 2017, 234 səh.

İstinadlar

  1. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, “Şuşa”, 2000, səh.449.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.