Səfa Mirzəyev

Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu.[1]

Səfa Mirzəyev
Səfa Mirzəyev Polşa Senatında, 22 may 2007-ci il.
Səfa Mirzəyev Polşa Senatında,
22 may 2007-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1952(1952-05-12) (71 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2022"Şöhrət" ordeni  — 2011
"Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.[2]

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.[2]

1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.[2]

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.[3]

1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.[4]

11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[5]

11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[6]

13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.[7]

Kitabları

  • Mirzəyev S.A. Qanunçuluq və hüquq qaydaları. — Bakı, 1980.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.