Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev – (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü.
Səfərəli Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Həyatı
S. Y. Babayev Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur.
- 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji institutu coğrafiya fakultəsini bitirmişdir.
- 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur.
- 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir.
- 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]
Elmi fəaliyyəti
- 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir.
- 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi çesilmişdir.
- 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur.
- 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri teyin olunub
- 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini
- 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
- 1960–1963-cü illərdə Azərbaycan KP Naxçıvan rayon komitəsinin birinci katibiolmuşdur.
- 1963–1965-ci illərdə Naxçıvan MR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsinin sədri olmuşdur.
- 1965–1970-ci illərdə Naxçıvan MR Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdir.
- 1970–1972-ci ildə Azərbaycan Pedqoji İnstitutu Naxçıvan filialının direktoru vəzifəsində çalışmışdı.
- 1972-ci ildən başlayaraq Naxçıvan Pedaqoji İnstitutunda Coğrafiya kafedrasının müdiri, dekan və dosent vəzifələrində işləmişdir.
- 1996-cı ildən ömrünün sonuna qədər Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Uniıversitetin Coğrafia kafedrasının müdiri olmuşdur.
- 1959–2003-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olmuşdur.
- 1959-cu ildən 3 çağırışda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmişdir. S. Y. Babayev uzun illər Naxçıvan MR-sı Ağsaqqallar Şurasının sədr müavini və sədri olmuşdur.[2]
Elmi əsərləri
Elmdə məşğul olduğu əsas sahə fiziki coğrafiya, landşaftların tədqiqi olmuşdur. Elmi tədqiqatları əsasən Naxçıvan MR-nın fiziki coğrafiyası, təbii sərvətləri, təbiətin mühafizəsi, toponimikası və s. öyrənilməsinə həsr olunmuşdur. Onlarla elmi əsərin müəllifidir. Onun bir çox əsərləri daha çox elmi əhəmiyyətə malikdir.
- "Qədim diyarın təbiəti" (1970)
- "Əfsanələr diyarı" (2001)
- "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri". 1999
- "Naxçıvan MR-nin coğrafiyası" (1999), və s.[2]
Mükafatı
- Xidmətlərinə görə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin 2 Fəxri fərmanı
- SSRİ Coğrafiya Cəmiyyətinin 1 Fəxri fərmanı
Həmçinin bax
- Elçin Babayev
- Əqil Babayev
- Rauf Babayev
- Nazim Bababəyli
Xarici keçidlər
İstinadlar
- İdeya müəllifi B. Ə. Budaqov, Azərbay. Coğrafiya alimləri, Bakı "Elm" 2013.
- İdeya müəllifi B. Ə. Budaqov, Azərbay. Coğrafiya alimləri, Bakı "Elm" 2013
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.