Sədrəddin Mirzə Qacar

Sədrəddin Mirzə Qacar — hərbi xadim.

Sədrəddin Mirzə Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1873(1873-01-01)
Doğum yeri
Vəfat tarixi 28 mart 1921(1921-03-28) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı
Uşağı
Atası Bəhmən mirzə Qovanlı-Qacar
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri 1

Haqqında

Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Sədrəddin Mirzəni Azərbaycanın istiqlal şəhidi adlandırıb[1].

Mənbə

  • Azərbaycan Xalq Cumhuriyyəti. II cild. Bakı,2005
  1. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.