Sədnik Paşa Pirsultanlı
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu – 26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı
Sədnik Paşa Pirsultanlı | |
---|---|
Paşayev Sədnik Xəlil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Gəncə |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | folklorşünas |
Mükafatları |
Həyatı
Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi.
26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib[1].
Fəaliyyəti
1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
1955-ci ilin iyul ayından "Bilik" cəmiyyətinin, 1960-ci ilin iyun ayından Jurnalistlər birliyinin, 1989-cu ilin aprel ayından Aşıqlar Birliyinin, 1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin (fəxri), 2003-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.
Almaniya Avropa Türk-İslam Birliyinin dəvəti ilə "Yunus İmrəyə sevgi ili" kutlamalarında məruzəçi kimi çıxış edib, Türkiyədə, elmi konfraslarda və simpoziumlarda iştirak edib, ali məktəblərdə dərs deyib, İranda yaradıcılıq səfərində olub. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar müəllimi", 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Kitablarının siyahısı
- Lalə ,Aşıq Bəsti. Gənclik, Bakı 1969 – 55 səh, 10.000 nüsxə
- Yaşayan əfsanələr, Gənclik, Bakı1973 – 78 səh, 4.000 nüsxə
- Xəstə Qasım, Gənclik,Bakı 1975 – 64 səh, 2.200 nüsxə
- Yurdumuzun əfsanələri, Bakı 1976- 45 səh, 30. 000 nüsxə
- Nizami və folklor, Bilik, Bakı 1976- 65 səh 2.500 nüsxə
- Yanardağ əfsanələri, Gənclik, Bakı 1978- 160 səh, 20.000 nüsxə
- Azərbaycan xalq yaradıcılığının inkişafı, Bilik, Bakı 1981- 40 səh, 1000 nüsxə
- Nizami və xalq əfsanələri, Gənclik, , Bakı 1983- 128 səh, 4.000 nüsxə
- Bayatılar (toplayanlar: V. Vəliyev, S. Paşayev) Yazıçı, Bakı 1985- 200 səh, 40.000 nüsxə
- Azərbaycan əfsanələrinin öyrənilməsi. Bilik, Bakı, 1985-70 səh, 500 nüsxə
- Azərbaycan xalq əfsanələri. Yazıçı, Bakü 1985- 285 səh, 50.000 nüsxə
- Azərbaycan mifoloji mətnləri, Elm Bakı 1988 (toplayanlar Sədnik Paşayev, Maqbet Əhmədov, Arif Rahimov, Arif Acalov)- 180 səh 25.000 nüsxə
- Azərbaycan Folkloru ve aşıq yaradıcılığı (dərs kitabı) Azərbaycan Dövlət Universiteti Nəşriyyatı, Bakı 1989. - 88 səh, 500 nüsxə
- Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş) Bakı1989, səh 48, nüsxə 500
- XIX əsr Azərbaycan aşıq yaradıcılığı (dərs vəsaiti) Azərbaycan DPİ- nin nəşriyyatı, Bakı 1990- 98 səh, 500 nüsxə
- Öz səsim (şeirlər), İdeya nəşriyyatı Gəncə -1990-72 səh, 500 nüsxə
- Azərbaycan xalq söyləmələri, Yazıçı, Bakı- 1992- 211 səh,10.000 nüsxə
- Pirsultan bulağı (şeirlər) Elm, Bakı, 1994- 110 səh, 1000 nüsxə
- İnciçiçəyim (şeirlər) Gəncə 1996- 100 səh, 500 nüsxə
- Karağan Usubun lətifələri Gəncə, 1997, təkrar 2000,2001- səh 37, 1000 nüsxə
- Xalqın söz mirvariləri, Azərnəşr. 1999-110 səh, 500 nüsxə
- İlahi bir səs (şeirlər) Gəncə, 1999-110, 500 nüsxə
- Unnu Ağcanın lətifələri, Ekologiya nəşriyyatı, Gəncə 1999- 60 səh-500 nüsxə
- Ağdabanlı şair Qurban, Gənclik, Bakı 2000- 177 səh, 500 nüsxə
- Dabrovol Qasımın lətifələri, "Əsgəroğlu"Gəncə 2001- 62 səh, 200 nüsxə
- Yəhya bəy Dilqəmə el-oba məhəbbəti Bakı, Agah 2001- 105 səh, 600 nüsxə
- Aşıq Bəsti, Bənövşələr "Əsgəroğlu", Gəncə 2001-80 səh, 300 nüsxə
- Heca vəznli şeir və mənzum atalar sözləri, Gəncə, Agah, 2001-110 səh, 200 nüsxə
- Heca vəznli tapmacaların inkiçafı, AGAH nəşriyyatı,Gəncə, 2001-110 səh, 300 nüsxə
- Azərbaycan eposunun əfsanə qaynaqları, Azərnəşr Bakı 2002- 102 səh, 500 nüsxə
- Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, "Pirsultan", 2002—51 səh, 200 nüsxə
- Qamışlı şair Rüstəm, "Laçın qaya, çal yadıma düşəndə", Gəncə, "Pirsultan", 2002- 80 səh, 300 nüsxə
- Yuxular olmasaydı, "Pirsultan", 2002-60 səh, 150 nüsxə
- Ozan-Aşıq sənətinin nəzəri məsələləri, Bakı, Ozan 2002- 208 səh, 250 nüsxə
- Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. I cild, Gəncə "Pirsultan", 2002- 203 səh, 150 nüsxə
- Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar. II cild, Gəncə "Pirsultan", 2002- 230 səh, 100 nüsxə
- Bir içim nəğmə (şeirlər) Gəncə "Pirsultan", 2003-70 səh, 100 nüsxə
- Heca vəzninin bayatı və qoşma möcüzələri. Gəncə, "Pirsultan", 2003. 80 səh, 100 nüsxə
- Gəncəbasar lətifələri Gəncə "Agah" 2005-201 səh, 300 nüsxə
- Bir çiçək də Vətəndi, Gəncə 2005- 127 səh, 200 nüsxə
- Əsatirlər, əfsanələr, rəvayətlər( S.P. Pirsultanlı və digər müəlliflər) "Şərq-Qərb" 2005- 304 səh, 2500 nüsxə
- Mir Cəfər Bağırov yaddaşlarda "Pirsultan", Gəncə 2005-80 səh, 100 nüsxə
- Eldən-obadan eşitdiklərim, Gəncə "Agah" 2005- 170 səh, 200 nüsxə
- Yıldızdağdan əsən külək, Gəncə, 2006-100 səh, 200 nüsxə
- Azərbaycan Folkloruna dair tədqiqlər, Gəncə, 2006-402 səh, 200 nüsxə
- Publisistika və folklor,Gəncə 330 səh, 2oo nüsxə.
- Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Elm 2007- 310 səh, 500 nüsxə
- Pirsultan Pinarı,( Şeirlər) "Pirsultan", Gəncə 2007-666 səh, 100 nüsxə
- Saz nəfəsli şeirlərim "Pirsultan", Gəncə 2007-100 səh, 200 nüsxə
- Aşıq Şəmşirin poetik aləminə səyahət, "Təknur", Bakı 2008- 295 səh, 500 nüsxə
- Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr 2009- 427 səh, 200 nüsxə, Azərbaycan aşıq poeziyasında möhtəşəm təcnis binalarını memarları, Azərnəşr , 2009 140 səh.
- “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi, Azərnəşr, 2009, 112 səh.
- Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi. Bakı. Azərnəşr. 2011
İstinadlar
Xarici keçidlər
- Sədnik Paşa Pirsultanlının rəsmi saytı Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine