Sədi Şirazi
Sədi (fars. ابومحمد مصلحالدین بن عبدالله شیرازی; əsl adı Müslihiddin Müşrif ibn Abdulla; təq. 1210[1], Şiraz, Fars ostanı, Xarəzmşahlar dövləti[2][3] – 9 dekabr 1292[4][5], Şiraz[5]) – orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biri. Sədinin əsərləri dünya ədəbiyyatında həm bədii keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir.
Sədi Şirazi | |
---|---|
fars. سعدی شیرازی | |
Doğum tarixi | təq. 1210[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1292[4][5] |
Vəfat yeri |
|
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | fars dili |
Janr | qəzəl |
Tanınmış əsərləri | |
Sədi Şirazi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır.
Sədinin ən məşhur əsərləri "Bustan" (1257) və "Gülüstan"dır (1258). "Bustan" lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvəzökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir. "Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.
Ədəbiyyat
- Kolliyate-Sə’di. be ehtemame-Məhəmmədəli Foqruği. Tehran, 1365.
- Sədişenasi. be kuşeşe-Kuruş Kəmali Sərvestani. dəftəre −1–4, Şiraz, 1377–1380.
- Ziya Müvəhhid. Sədi. Tehran, 1374.
- Əbdülhüseyn Zərrinkub. Ba karvane-holle. Tehran, 1374.
- Sədi. Gülüstan. Bakı, 1987.
- Саади. Бустан. вступ. статья и перевод К.Чайкина. М., 1935.
- Şibli Ne’mani. Şerül-əcəm. celde-dovvom. Tehran, 1368.
- Zəbihullah Səfa. Tarixe-ədəbiyyat dər İran. celde-sevvom. Tehran, 1353.
- Рустам Алиев. Проблема восстановления поэтического наследия Саади Ширази. АДД. Москва, 1968.
- Rəhim Sultanov. Sədi yaradıcılığında "Gülüstan". Bakı, 1961.
- Məsiağa Məhəmmədi "Həqiqət və gözəllik şairi" 05.01.2008.
İstinadlar
- Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- https://archive.org/details/essaisurlepote00massuoft. S. 6.
- Gershevitch I., Yarshater E., Frye R. N., Jackson P., Avery P. The Cambridge History of Iran (ing.). Cambridge University Press, 1968. Vol. 5. P. 595.
- Gershevitch I., Yarshater E., Frye R. N., Jackson P., Avery P. The Cambridge History of Iran (ing.). Cambridge University Press, 1968. Vol. 5. P. 597.
- AA.VV. Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1913. Vol. 8. P. 719.
Xarici keçidlər
- Sədi Şirazi. Seçilmiş əsərləri; Farscadan tərcümə ed. M. Seyidzadə, M. Soltan, R. Sultanov, İ. Şəms; Ön sözün müəllifi. M. Məhəmmədi.- Bakı: Öndər, 2004.- 400 s. ISBN 9952-416-42-2
- Sədi: həqiqət və gözəllik şairi
- Şamil Cəmşidov, "Sədi Şirazinin Azərbaycan dilində bir qəzəli", "Elm və həyat" jurnalının 1987-ci il 10-cu sayı / * Kənan Hacı. "Sədi Şirazinin Azərbaycan dilində qəzəli varmış ARAŞDIRMA" (az.). kulis.az. 2013-09-20. 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.