Sədayə Mustafayeva

Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981).

Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva
Doğum tarixi 15 iyul 1926(1926-07-15)
Doğum yeri
Vəfat tarixi 13 avqust 2004(2004-08-13) (78 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti aktrisa
Mükafatları Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti
IMDb ID3081431

Həyatı

Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini AğdaşGöyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.[1]

"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.[2]

Xalq artisti S. Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.

2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.

Ailəsi

Mükafatları

  • Azərbaycan SSR Əməkdar artisti—1958
  • Azərbaycan SSR Xalq artisti — 24. dekabr 1981[3]
  • Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü — 5. iyul 2003[4]

Filmoqrafiya

  1. Biri vardı, biri yoxdu... (film, 1967) (Qadın — S. Mustafayeva)
  2. Qanun naminə (film, 1968) (Xatun — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Gözəl — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  4. Şərikli çörək (film, 1969), (Şamama — S. Mustafayeva, səsləndirir — Ofelya Sənani).
  5. Gün keçdi (film, 1971), (Əsmərin anası — S. Mustafayeva, səsləndirir — Ətayə Əliyeva).
  6. Qızıl qaz (film, 1972), (Şəfiqənin anası — S. Mustafayeva, səsləndirir — Əminə Yusifqızı).
  7. Var olun, qızlar... (film, 1972), (Rüstəmin anası — S. Mustafayeva).
  8. Firəngiz (film, 1975), (Məsmə — S. Mustafayeva).
  9. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin anası
  10. Qayınana (film, 1978), (Mülayim — S. Mustafayeva, səsləndirir — Süsən Məçidova).
  11. Gümüşü furqon (film, 1982), (Mədinənin anası — S. Mustafayeva).
  12. İlıq dənizdə buz parçası (film, 1983), (Təqaüdçünün anası — S. Mustafayeva).
  13. Cin mikrorayonda (film, 1985), (ana — S. Mustafayeva).
  14. İşarəni dənizdən gözləyin (film, 1986), (Komandanın anası — S. Mustafayeva, səsləndirir — Məhluqə Sadıqova).
  15. Şəhərli biçinçilər (film, 1986), (Humay — S. Mustafayeva).
  16. Ölsəm... bağışla (film, 1989), (Yusifin anası — S. Mustafayeva, səsləndirir — Zərnigar Atakişiyeva).
  17. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Mirvari nənə
  18. Həm ziyarət, həm ticarət... (film, 1995), (Suğra xala — S. Mustafayeva, səsləndirir — Zərnigar Atakişiyeva).
  19. Dağıdılmış körpülər (film, 1996) (Əsmər — S. Mustafayeva).
  20. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Orxanın nənəsi

İstinadlar

  1. "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
  2. "AZƏRBAYCAN TEATRI 140". www.anl.az. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
  3. C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 dekabr 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.