Sədaqət Ulduz

Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi;

Sədaqət Ulduz
Ümumi məlumatlar
Doğum tarixi 24 aprel 1974(1974-04-24) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Anası Ulduz Sönməz
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, solist[d]
Fəaliyyət illəri 1980-ci ildən
Janrlar pop musiqisi, klassik musiqi, aşıq musiqisi
Təhsili
sedaqetulduz.com

Həyatı

Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepianosaz dərsləri də almışdır.

Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir.

Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir.

Mükafatları

Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.

Anası Aşıq Ulduz Sönməzin rəhbərlik etdiyi "Sazçı Qızlar Ansamblı"nın ən gənc üzvü kimi bir çox diplom və mükafatlara layiq görülmüşdür.

1997-ci ildə Azərbaycan Dövlət Televiziyasının təşkil etdiyi "Qızıl Açar" müsabiqəsinin qalibi olmuşdur.

Ailəsi

Sədaqət Aşıq Ulduz Sönməzin qızıdır. 2019-cu ilin mart ayında Bakıda Türkiyədə yaşayan azərbaycanlı iş adamı ilə toyu olub.[1]

İstinadlar

  1. "Özünə bəysiz toy edən azərbaycanlı müğənni". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.