Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Sədaqət Qəhrəmanova | |
---|---|
1995 – 2005 | |
Vəzifədədir | |
2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir
1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir.
1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
Ailəlidir, 4 övladı var.
Əmək fəaliyyəti
Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır.
- 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə
- 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri
- 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı
- 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir.
- 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir.
- 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur.
- 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir.
- 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
- 18 aprel 2005-ci ildə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.[1]
- 18.05.2005-ci il tarixindən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini işləmişdir.
- 2006-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Mükafatları
- 25 sentyabr 2008-ci il Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[2]
- 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.[3]
- 28 fevral 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub[4]
İstinadlar
- "S. M. Qəhrəmanovanın Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
- Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ""Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- S.M.Qəhrəmanovanın 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.