Sədan mahalı

Sədan mahalıQuba xanlığında mahal.

Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində - Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir.

İstinadlar

Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.