Sədan

SədanAzərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır.[1]

Sədan
41°03′51″ şm. e. 49°02′32″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 423 m
Saat qurşağı
Sədan xəritədə
Sədan
Sədan

Toponimikası

Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır.[2]

Tarixi

Tarixi abidələri

Kənddə Qara-Dindar qalası, Sədan qalası var.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.[3]

İstinadlar

  1. "Azərbaycan Respublikası Sabirabad və Siyəzən rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  2. Sədan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.