Sədərək sultanlığı
Sədərək sultanlığı — Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuş, Qars, İğdır və Sədərək əraziləri bir sultanlıqda birləşmişdir.[1] Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər.[2]
Sultanlıq | |
Sədərək sultanlığı | |
---|---|
|
|
Dövlət dini | İslam |
Əhalisi | Azərbaycan türkləri |
İdarəetmə forması | Mütləq monarxiya |
Həmçinin bax
İstinadlar
- Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine, s.84
- "Kəlbizadə E. Qədim Sədərək tarixdə neçə dəfə rayon statusunda olub? "Şərq qapısı" qəzeti, 07.12.2016-ci il". 2017-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.