Sədərək nahiyəsi
Sədərək nahiyəsi — İrəvan əyalətinin İrəvan livasının nahiyəsi. Sədərək nahiyəsi 25 kənddən ibarət olmuşdur.[1]
Tarixi
Nahiyə XVIII əsrin əvvəllərində osmanlıların idarəsində olan İrəvan əyalətinin nahiyələrindən biri hesab edilir. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sədərək nahiyəsi haqqında məlumatlar verilmişdi.
1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (1831-ci və 1842-ci illər)[2]
Əhalisi
"İrəvan əyalətinin müfəssəl dəftəri"ndə 23 yaşayış məntəqəsini əhatə etdiyi qeyd olunur və həmin ərazidə cəmi 178 ailə yaşamaqda idi. Əhalisi etnik mənsubiyyətinə görə deyil, dini mənsubiyyətinə görə quruplaşdırılmışdı; böyük əksəriyyəti müsəlmanlar (azərbaycanlılar) idi.
Gəliri
Sədərək nahiyəsinin illik gəliri həmin dövrün əskinasıyla 60 660 ağça təşkil edirdi.[3]
İstinadlar
- Raif İvecan. Osmanlı Hakimiyetinde Revan (1724-1746), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, Doktora Tezi, İstanbul 2007, s.93-134.
- "Naxçıvan sancağının müfəssəl dəftəri". Bakı: 2001, s.361-362
- NE, I cild,, 2005. səh. 256