Sədərək düzü
Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri.[1]
Sədərək düzü | |
---|---|
Yerləşməsi | |
Ölkə |
Haqqında
Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.
İstinadlar
- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 254. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.