Sədərək

SədərəkAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Kənd 2003-cü ilə qədər eyniadlı rayonun mərkəzi idi.

Sədərək
39°42′00″ şm. e. 44°51′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 864 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.306 nəf. (2009)
Rəsmi dili
Sədərək xəritədə
Sədərək
Sədərək
İrəvan qəzası, Sədərək və Saraybulaq dağları

Statusu

Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir.[1]

Etimologiyası

Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir. Belə ehtimal edilir ki, kənd vaxtilə hərbi dişərgə olan ərazidə salınmışdır.[2]

Əhalisi

1831-ci ildə Sədərək kəndində 135 ailə, 469 kişi, 409 qadın, cəmi 878 tatar (azərbaycanlı) yaşayırdı[3]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.