Səbuhi Məmmədov (baş nazir)
Səbuhi Hidayət oğlu Məmmədov (1 may 1969, İbadulla, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Səbuhi Məmmədov | |
---|---|
Səbuhi Hidayət oğlu Məmmədov | |
Vəzifədədir | |
23 may 2020-ci il tarixdən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1969 (54 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | Yeni Azərbaycan Partiyası 1995-ci ildən |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini "mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirmişdir. Akademiyanın dissertantı olmuşdur. Maliyyə üzrə iqtisadçıdır.
Fransa Mərkəzi Bankının Bank-Maliyyə İnstitutunda Mühasibat Uçotu və Büdcənin İdarə Edilməsi, Almaniya Mərkəzi Bankında Pul Siyasəti və Nağd Pulların İdarə Olunması, Avstriya Mərkəzi Bankında Pul Vəsaitlərinin Uçotu və İdarəetmə mövzusunda uzunmüddətli kurs və seminarlarda iştirak edərək müvafiq sertifikatlar almışdır. Bir sıra beynəlxalq maliyyə və bank qurumlarında təcrübə mübadiləsi və xüsusi təlimlərdə iştirak etmişdir.
Ailəlidir, 4 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 fevral 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri,[1] 2018-ci il 30 noyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilib.[2]
2020-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Baş Naziri vəzifəsinə Səbuhi Hidayət oğlu Məmmədovun təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.[3][4][5]
Mükafatları
- Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[6]
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.[7]
- Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- "Arxivlənmiş surət". 2021-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- "Arxivlənmiş surət". 2020-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- http://serqqapisi.az/images/bugun/24-05-2020.pdf%5B%5D
- "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.
- "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-24.