Səbuhi Məmmədov (əsgər, 1982)

Səbuhi Şakir oğlu Məmmədov (21 oktyabr 1982; Mingəçevir, Azərbaycan — 30 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Səbuhi Məmmədov
Səbuhi Şakir oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mingəçevir, Azərbaycan
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Mingəçevir
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı  — 2020

Həyatı

Səbuhi Məmmədov 21 oktyabr 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. [2] Məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Silahlı Qüvvələrdə MAXE kimi isə başlamışdır. 3 övladı-iki oğlu və bir qızı var idi.[3]

Hərbi xidmətləri

Səbuhi Məmmədov 2016 ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səbuhi Məmmədov Suqovuşan döyüslərində savaşıb. 30 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Təltifləri

İstinadlar

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Səbuhi Məmmədov". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  3. "Mingəçevir şəhidləri". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  4. "Mingəçevirli Şəhid-3 övlad atası, MAXE – SƏBUHİ MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  5. "Şəhid Səbuhi Məmmədovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.