Səbuhi Şahverdiyev

Səbuhi Zəhmət oğlu Şahverdiyev (10 avqust 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının keçmiş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri. Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının keçmiş rəhbəri[1].

Səbuhi Şahverdiyev
7 may 2018 31 yanvar 2023
ƏvvəlkiFikrət Qəribov
SonrakıSənan Paşayev
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri
21 iyul 2004 18 iyun 2019
SonrakıAzad Cabbarov
sentyabr 2001 7 may 2018
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1972(1972-08-10) (51 yaş)
Doğum yeri
Rütbəsi
II dərəcəli dövlət ədliyyə müşaviri

Həyatı

Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdur.[2] 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[3]

Səbuhi Şahverdiyev 21 iyul 2004-cü il tarixində keçirilmiş Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbədənkənar üçüncü konfransında federasiyanın rəhbəri seçilmişdir.[4] O bu vəzifəni 2019-cu ilədək daşımışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.