Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı.
Səbinə Xasayeva | |
---|---|
Azərbaycan Milli Məclisinin VI çağırış deputatı | |
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 12 saylı Qaradağ-Binəqədi-Yasamal |
Əvvəlki | Mixail Zabelin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 mart 1993 (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili |
Azərbaycan Dillər Universiteti (B) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (M) |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub.[1] Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub.[1] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.[1] İngilis və norveç dillərini bilir.[1] Evlidir, 2 övladı var.[1]
Fəaliyyəti
Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir.[2][3] 2015-2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.[1]
Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.[1] YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Səbinə Xasayeva 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48.70% səslə Milli Məclisin deputatı seçilmişdir.[4] Milli Məclisin Regional məsələlər Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür.[5] Həmçinin Azərbaycan–Estoniya, Azərbaycan–Lüksemburq, Azərbaycan–Norveç, Azərbaycan–Rumıniya, Azərbaycan–Tailand, Azərbaycan–Uruqvay, Azərbaycan–Paraqvay, Azərbaycan–Kamboca və Azərbaycan–Kamerun parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
İstinadlar
- Milli Məclisin rəsmi internet səhifəsi. "AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ ALTINCI ÇAĞIRIŞ" (PDF). www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2024-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 01.04.2024.
- MSK. "2014-CÜ İL BƏLƏDİYYƏ SEÇKİLƏRİ / 12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİNİN BƏLƏDİYYƏLƏRİ / LÖKBATAN BƏLƏDİYYƏSİNİN SEÇİLMİŞ NAMİZƏDLƏRİ". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- MSK. "2014-CÜ İL BƏLƏDİYYƏ SEÇKİLƏRİ / 12 SAYLI QARADAĞ-BİNƏQƏDİ-YASAMAL SEÇKİ DAİRƏSİNİN BƏLƏDİYYƏLƏRİ / LÖKBATAN BƏLƏDİYYƏSİNİN SEÇİLMİŞ NAMİZƏDLƏRİ". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- MSK. "2020-Cİ İL PARLAMENT SEÇKİLƏRİ / DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR". www.infocenter.gov.az ( (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- Milli Məclisin rəsmi internet səhifəsi. "XASAYEVA Səbinə Səməd qızı". www.meclis.gov.az ( (az.)). 01.04.2024. 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2024.