Səbinə Kərimova
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan.[1]
Səbinə Kərimova | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Səbinə Kərimova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 24 oktyabr 1987 (36 yaş) |
Doğum yeri | |
Boyu | 168 sm. (5 ft 2 in) |
İdman növü | Qılıncoynatma |
Həyatı
Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub.[2] 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var.
Karyerası
Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu.
Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi, son olimpiya çempionu Ukrayna nümayəndəsi Olqa Xarlan oldu.[3] Həmin görüşdə Səbinə Mikina təcrübəli və titullu rəqibinə 10:15 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[3]
Daha sonra Səbinə Mikina 2014-cü ildə Bursa şəhərində Qran-Prinin gümüş, 2015-ci ildə İstanbul şəhərində baş tutan Qran-Prinin qızıl, Boston şəhərində baş tutan Qran-Prinin isə bürünc medallarına sahib olub.
Səbinə Mikina 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Səbinə Mikina "E" qrupunu birinci sırada başa vurdu. Pley-off mərhələsində isə Səbinə Mikina 1/8 final mərhələsində Rusiya nümayəndəsi Yana Obivintsevaya 14:15 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Səbinə Mikina 2016-cı ilin aprelində Çexiyanın Praqa şəhərində baş tutan FIE Qran-Pri turnirinin qalibi oldu və olimpiya lisenziyasına sahib oldu.
Daha sonra Səbinə Mikina Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Avqustun 8-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina 1/16 final mərhələsində Tunis nümayəndəsi Azza Besbes ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 12:15 hesabı ilə hesabı ilə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu.[4]
Olimpiadadan sonra evlənən, 2018-ci ildə isə ana olan Səbinə Kərimova bir müddət idmandan uzaqlaşdıqdan sonra idman formasını bərpa elədi. 2018-ci ildə Səbinə Kərimova Antalya şəhərində FIE Qran-Prisinin bürünc medalına sahib oldu.
Səbinə Kərimova 2021-ci ilin sentyabrında Bolqarıstanın Plovdiv şəhərində baş tutan FIE Qran-Pri turnirinin bürünc medalına sahib oldu. 2022-ci ilin avqustunda isə o, Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Komanda turnirində qızıl medalına sahib olan Səbinə Kərimova fərdi turniri bürünc medalla başa vurdu.
İstinadlar
- Olympedia.org. "Səbinə MİKİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- International Fencing Federation. "SABINA KARIMOVA". www.fie.org ( (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Fencing / Sabre / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2016 Summer Olympics / Fencing / Sabre / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.