Səbinə Əliyeva
Səbinə Əliyeva (tam adı: Səbinə Yaşar qızı Əliyeva; 7 may 1980, Bakı) — dövlət məmuru, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili.
Səbinə Əliyeva | |
---|---|
Səbinə Yaşar qızı Əliyeva | |
30 noyabr 2019 – hal-hazırda | |
Əvvəlki | Elmira Süleymanova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1980 (43 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Partiya | bitərəf |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Atası | Yaşar Əliyev |
Anası | Rəna Əliyeva |
Həyat yoldaşı | Siyavuş Novruzov |
|
|
Təltifləri |
Həyatı
Səbinə Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində anadan olub. Səbinə Əliyeva ailəlidir, 2 övladı var. Milli Məclisin I və II çağırış üzvü, Azərbaycanın Çindəki sabiq səfiri, dövlət və siyasi xadim Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.[1]
Təhsili
- 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
- 1996–2000-ci illərdə Bakı Dövlət Universitetində "Hüquq fakültəsin"də oxumuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir
- 2000–2002-ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır.
- 2016-cı ildə "Beynəlxalq hüquq və İnsan hüquqları" ixtisası üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
- Rus və ingilis dillərini bilir. Bitərəfdir.[2]
Fəaliyyəti
- Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Konstitusiya Məhkəməsində çalışır. 2015-ci ildən Aparat rəhbərinin müavini vəzifəsindədir.
- Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2013-cü il tarixli 2978 nömrəli Sərəncamı ilə Səbinə Əliyeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
- Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyun 2016-cı il tarixli 2127 nömrəli Sərəncamı ilə Səbinə Əliyevaya 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verildi.[4]
- Bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının "Söz və toplaşmaq azadlığı" mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında Hüquqi transformasiya naminə hüquqi dialoq adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində "Liderlik və strateji idarəçilik bacarıqları" seminarında iştirak etmişdir.[5]
- Ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Səbinə Əliyeva Ombudsman seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci ilin 29 dekabr tarixli müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.[6]
Xarici keçidlər
İstinadlar
- Ombudsman
- Azərbaycanın yeni Ombudsmanı
- Ombudsman haqqında
- "Səbinə Əliyeva". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.