Səbailik

SəbailikAbdullah ibn Səba adlı yəmənli bir yəhudi tərəfindən qulat ideyaları üzərində qurulmuş bir təriqətdir və ilk dəfə Allahı (с.с.) insanlara tanıtmaqla insanın ilahilik prinsipini İslam dininə daxil etmişdir. Bu gün Nusayrilik inancında hakim olan Əlinin ilahilik və ilahilik prinsipi ilk dəfə bu təriqət mənsubları tərəfindən Ələvi məzhəblərinə daşınaraq qarışdırılmışdır[1].

İslam

İslam Tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

İnanclar

Etiqadın əsasları Əli ibn Əbu Talib üzərinə formalaşdırılmışdır. İbn Səba Tövratda hər peyğəmbərin bir nümayəndəsi olduğunu və Əli ibn Əbu Talibin İslam Peyğəmbəri Məhəmmədin (s.a.v) nümayəndəsi olduğunu gördüyünü; Məhəmmədin ən üstün peyğəmbər olduğunu, Əlinin isə üstün nümayəndə olduğunu bildirmişdir. O, həmçinin dedi:

" “İsa Məsihin qayıdacağını, amma Məhəmmədin qayıdmayacağın söyləyənlərə açığı heyrətlənirəm”. "

Sünni ilahiyyatçıları Səbailəri Əli ibn Əbu Talibin ilahiləşdirilməsini təbliğ edən ilk İslam hərəkatı hesab edirdilər. Rəvayətə görə, Əli ibn Əbu Talib, onu tanrı elan edən bir qrup səbainin yandırılmasını əmr etdi və onlar Əliyə dedilər: "İndi bildik ki, sən həqiqətən tanrısan, çünki odla cəza verən ancaq Allahdır". Səbailər Əlinin ölümünü inkar edirdilər. Onun qisas almaq və ədaləti bərpa etmək üçün qayıdacağına inanırdılar. Onlar Əlini Məhəmməd peyğəmbərin vəsiyyətinin davamçısı elan etmişlər və Əlinin imamətini “dayandırmaq” (təvəkkuf) və onun Məsih olaraq “qayıtması” ideyasını ilk dəfə irəli sürmüşdülər. Yenə bəzi səbailik mənsubları “Allah Əlidə və ondan sonra gələcək imamlarda təcəlli etdi” deyirlər. Onlar öz mülahizələri ilə insan ilahilik prinsipini İslama gətirmişlər.

Onlardan bir qrup Allahın Əli ilə bir olduğunu iddia edərək “Sən Allahsan”[2] demişlər.

İstinadlar

  1. Kaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011.
  2. Abdülkadir Şener, Kerim Aytekin, Hasan Karakaya, Muhammed Ebu Zehra. (türk). İstanbul: Hisar Yayınevi. 2017. Mezhepler Tarihi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.