Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[1][2][…] – 2 aprel 1948[3][4][…], Kırklareli[3]) — Türkiyə şairi və yazıçısı.
Səbahəddin Əli | |
---|---|
türk. Sabahattin Ali | |
Doğum tarixi | |
Doğum yeri | Eğridere, Gümülcine sancağı (müasir Ardino, Bolqarıstan) |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Kırklareli |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, jurnalist, şair, roman yazıçısı |
Tanınmış əsərləri | |
Səbahəddin Əli Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır.
Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur.
1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar. 1927-ci ildə məzun olur.
Səbahəddin Əli dövlət hesabına Almaniyada təhsil almış, geri döndükdən sonra Konya və Ankarada alman dili müəllimi olaraq çalışmışdır. 1932-ci ildə Konyada şeir məclisində Atatürkə həcv oxuduğu iddiası ilə tutulmuş və bir il həbs cəzası almışdır, lakin bir müddət sonra əvf olunmuşdur. Həbsdən sonra təhsil nazirliyində və Ankara Dövlət Konservatoriyasında işləmişdir. "İçimizdəki şeytan" romanı milliyyətçilərin qəzəbinə səbəb olmuş və yazara qarşı basqılar artmışdır. Bu romandan sonra Səbahəddin bəy işdən çıxarılmışdır. Bundan sonra Əziz Nesin və Rüfət İlqazla "Marqo Paşa", "Mərhum Paşa" adlı siyasi-yumoristik dərgilər çıxarmışdır (1946–1947). Ancaq bu dərgilər də hökumət tərəfindən bağlanmışdır. S. Əli dərgidəki yazıları üzündən 3 ay həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ildə xaricə qaçmaq istərkən sərhəddə guya ona yol göstərməli olan Əli Ertəkin adlı dövlət işçisi tərəfindən xaincəsinə qətlə yetirilmişdir. Səbahəddin Əlinin məzarının yeri bilinmir.
Yaradıcılığı
Səbahəddin Əli yaradıcılığa şeirlə başlamışdır. "Sərvəti-fünun", "Günəş", "Həyat" kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi "Bir ormanın hekayəsi"dir. Həbsdən çıxdıqdan sonra (1934–1936) "Kamal", "Qaranquş", "Ərəb Xeyri", "Bazarçı", "Öküz arabası" adlı hekayələri ilə daha da məşhurlaşmışdır.
1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini "Dağlar və Rüzgar" adlı kitabında toplayaraq nəşr etdirmişdir.
Səbahəddin Əlinin "Quyucu Yusif" (1937), "İçimizdəki şeytan" (1940), "Xəz mantolu Madonna" (1943) adlı romanları, "Dəyirman", "Öküz arabası", "Səs", "Yeni dünya", "Şüşəli köşk" adlı hekayələr kitabı, "Dağlar və Rüzgar", "Qurbağanın serenadası, başqa şeirlər" adlı şeirlər kitabı və "Əsirlər" adlı bir dram əsəri vardır. Bundan başqa yazar Hofmandan, Puşkindən ("Generalın qızı"), Sofokldan türk dilinə tərcümələr də etmişdir.
Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunur və müasirliyini itirməmişdir. Lakin maraqlı budur ki, S. Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilir. Məşhur mügənnilərdən Sezen Aksu, Ahmet Kaya, Nuket Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxumuş və xalq tərəfindən bəyənilmişdir.
Əsərləri
Şeirləri
- Dağlar ve Rüzgâr (1934 – Yeni Eklerle 1943).
- Kurbağanın Serenadı ve Öteki Şiirler'le birlikte (1937)
- Bütün şiirleri.(YKY)
Bəstələnən şeirləri
- Hapishane Şarkısı V (Aldırma Gönül – Kerem Güney, Edip Akbayram)
- Leylim Ley (Zülfü Livaneli)
- Hapishane Şarkısı I (Göklerde Kartal Gibiydim / Nazlı Yarim – Deniz Akyürek)
- Hapishane Şarkısı III (Geçmiyor Günler – Ahmet Kaya)
- Çocuklar Gibi (Sezen Aksu)
- Kız Kaçıran (Ahmet Kaya)
- Kara Yazı (Ahmet Kaya)
- Melankoli (Ali Kocatepe, Nükhet Duru)
- Eskisi Gibi (Ben Yine Sana Vurgunum – Ali Kocatepe, Nükhet Duru)
- Dağlar (DağlardırDağlar – Sezen Aksu)
- Göklerde Kartal Gibiydim- Volkan Konak,Ahmet Kaya
Hekayələr
- Değirmen (1935)
- Kağnı (1936)
- Hanende Melek (1937)
- Ses (1937)
- Kağnı – Ses (1943 – İki Kitap Birlikte)
- Yeni Dünya (1943)
- Sırça Köşk (1947).
- Kamyon
- Bütün Öyküleri 1 (aralık 1997 -üç kitap birlikte Değirmen-Kağnı-Ses)
- Bir Orman Hikayesi
Oyun
- Zanaatkarlar (1936)
Romanları
- Quyucaqlı Yusuf (1937)
- İçimizdəki şeytan (1940)
- Kürk Mantolu Madonna (1942).
Toplamaları, tərtibləri
- Markopaşa Yazıları ve Ötekiler (1998)
- Çakıcı'nın İlk kurşunu (2002)
- Mahkemelerde (2004)
- Hep Genç Kalacağım (2008)
Tərcümələri
- Tarihte Garip Vakalar, Max Memmerich (1941)
- Antigone, Sofokles (1942)
- Minna Von Barnhelm, Lessing (1943)
- Üç Romantik Hikaye, H. Von Kleist – A. V. Chamisso – E. T. A. Hoffmann (1944)
- Fontamara, Ignazio Silone (1944)
- Gyges Ve Yüzüğü, Fr. Hebbel (1944)
- Yüzbaşının Kızı, A. S. Puşkin (1944) (Erol Güney ile birlikte)
Ədəbiyyat
- 1. Leyla Alkayeva. Sabahattin Alinin romanlarında hьmanizm. Sovyet tьrkologlarının tьrk edebiyatı incelemeleri. İstanbul, Cem Yayınevi, 1980.
- 2. Kemal Sülker. Sabahattin Ali Dosyası. İstanbul, Ant Yayınları, 1968.
- 3. Asım Bezirci. Sabahattin Ali. Hayatı, Hikвyeleri, Romanları. İstanbul, Çınar Yayınları, 1974.
- 4. Kemal Bayram Çukurkavaklı. Sabahattin Ali Olayı. İstanbul, Yenigün Yayınları, 1978.
- 5. Filiz Ali Laslo, Atilla Üzkırımlı. Sabahattin Ali. İstanbul, Cem Yayınevi, 1979.
- 6. Reşit M. Ertüzün. Sabahattin Ali Olayının Gerçeği. İstanbul, Gür Yayınları, 1985.
- 7. Hikmet Altınkaynak. Sabahattin Ali: "Markopaşa" yazıları və digərləri" İstanbul, Cem Yayınevi, 1987.
- 8. Filiz Ali. Filiz Hiç Üzülmesin. İstanbul, Sel Yayıncılık,1996.
- 9. Ramazan Korkmaz. Sabahattin Ali. İstanbul, Yapı Kredi Yayınları,1997.
- 10. Sevengül Sönmez. A'dan Z'ye Sabahattin Ali. İstanbul, Yapı Kredi Yayınları, 2009.
- 11. Sabahattin Ali. Mahkemelerde. İstanbul, Yapı Kredi Yayınları, 2004.in
Xarici keçidlər
- http://www.birgun.net/culture_index.php?news_code=1235560083&year=2009&month=02&day=25 Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine
- Library of Congress Authorities (ing.). Library of Congress. ISBN 9789750826672
- http://images.ykykultur.com.tr/upload/document/7a773bd4-7b34-425b-940c-aef55b06679a.pdf.
- Сабахаттин Али (rus.). / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Sabahattin Ali // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag