Səbətkeçməz
Səbətkeçməz — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Səbətkeçməz | |
---|---|
40°30′05″ şm. e. 45°43′24″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Səbətkeçməz oyk. Gədəbəy r-nunun Çaldaş i.ə.v.-də kənd. Başkənd-Dəstəfur çökəkliyindədir. Qoşa səbət yüklü heyvanların qayaların arasındakı dar keçiddən və ya sıx meşə yolundan keçə bilmədikləri yer el arasında səbətkeçməz adlanır. Vaxtilə kəndin yaxınlığındakı dağlıq, qayalıq yerdən keçən el yolunun adı olmuşdur. Sonralar Qarabulaq (Rüstəm Əliyev) kəndindən gəlmiş ailələrin saldığı kənd həmin ərazinin adı ilə adlandırılmışdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 679 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.