Sırtmışan dağı

Sırtmışan dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3102,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunda zirvə. Ağdərə kəndindən 2,5 km şimal-şərqdə, Qaranquş dağından 500 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı  Qaranquş  subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı  yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını  Ordubad qarılma zonasının  Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.

Sırtmışan dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3102,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

 BİBQƏTƏLOrdubad rayonu ərazisində Sırtmışan  dağının (hünd. 3102,0 m) yerli əhali arasında işlədilən başqa adı. [1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.