Sınıq körpü döyüşü
Sınıq körpü döyüşü — Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş.[1]
Sınıq körpü döyüşü | |||
---|---|---|---|
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları | |||
Yeri | Qazax, kiçik miqyasda da Şəki Zaqatala | ||
Səbəbi | Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin Bakını azad etməsinə mane olmaq. | ||
Nəticəsi | Azərbaycan qüvvələrinin qələbəsi | ||
Ərazi dəyişikliyi | Qazax, Şəki, Zaqatala | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Səbəb
Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü.[2]
Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi.
Döyüş
Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər.
Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi.[3] Azərbaycana müdaxilə etmək üçün imkan axtaran Almaniya hökuməti hərbi yola əl atmaq fikrinə düşmüşdü. Onun təhriki ilə Gürcüstan qoşunlarının bir neçə dəstəsi Azərbaycanın Qazax bölgəsində Sınıq körpü adlanan sərhəd məntəqəsinə hücum etdi. Orada gürcü və alman bayraqları qaldırdılar. Türk zabitlərinin rəhbərliyi ilə Azərbaycan könüllülərindən ibarət dəstələr əks-zərbə endirərək gürcü dəstələrini qovdular. Döyüş nəticəsində gürcü tərəfdən 26 nəfər həlak oldu, 20 nəfər əsir götürüldü, 2 pulemyot ələ keçirildi.[4] Zaqatala və Şəki istiqamətində də sərhəddi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alındı.[4]
İstinadlar
- Manaf Süleymanov, Qafqaz İslam Ordusu, Bakı.
- Manaf Süleymanov, Azərbaycan Ordusu (1918–1920), Bakı, 1998.
- Budak M. Nuru paşanın raportu
- Manaf Süleymanov, Azərbaycan Ordusu (1918–1920), Bakı, 1998.