Sıçovul adası
Sıçovul adası (ing. Rat Island, aleut. Ауадаҳ[1]) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. 1780-ci ildə ada yaxınlığında yaponlara məxsus gəmi qəzaya uğrayır. Nəticədə bura sıçovullar darışır[2]. Bunun nəticəsi olaraq ada quşların yuvalaması üçün əlverişsiz bölgəyə çevrilir[3]. Bundan sonra sıçovullar daha 16 qonşu adalarara da yayılırlar[2].
Sıçovul adası | |
---|---|
ing. Rat Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 26,7095 km² |
Uzunluğu |
|
Eni | 3,5 km |
Hündür nöqtəsi | 193 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
51°48′01″ şm. e. 178°18′10″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci ildə ABŞ-n balıq resurslarının və vəhşi heyvanların qorunması xidməti tərəfindən sıçovulların məhv edilməsi ilə bağlı layihə hazırlanır. Digər canlıların zərər görməməsi üçün helikopterlə adanın ərazisinə brodifakum səpələnilir. 2009-cu ilin yayında, nəhayət ki, 229 il sonra ada sıçovullardan təmizlənir. Bundan sonra adada quşların yuvalaması müşahidə edilir[4].
İstinadlar
- Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
- Ebbert, S.E. Eradications of invasive species to restore natural biological diversity on Alaska Maritime National Wildlife Refuge // Veitch, C.R. (redaktor ). Turning the Tide: The Eradication of Invasive Species : Proceedings of the International Conference on the Eradication of Island Invasives. The World Conservation Union. 2002. ISBN 2831706823. İstifadə tarixi: 2007-10-03.
- "Biologists aim to wipe out Rat Island". Reuters. October 2, 2007. 2007-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-02.
- "Alaska's Rat Island rat-free after 229 years". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.