Sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir:

  • A1 — mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün;
  • A — bütün növ motosikletləri idarə etmək üçün
  • B1 — kvadrisiklləri idarə etmək üçün
  • B — aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün
    • "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri
    • qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
    • qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
  • C1 — "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • C — "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D — sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • BE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • C1E — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • CE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • D1E — sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • DE — qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
  • Tramvay — tramvayları idarə etmək üçün;
  • Trolleybus — trolleybusları idarə etmək üçün.

Azərbaycanda sürücülük vəsiqəsi

Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

  • motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
  • traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

  • sahibinin soyadı;
  • sahibinin adı və atasının adı;
  • sahibinin doğum tarixi və yeri;
  • sahibinin yaşayış yeri;
  • vəsiqəni vermiş orqanın adı;
  • vəsiqənin verilmə tarixi və yeri;
  • vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
  • vəsiqənin nömrəsi;
  • vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;
  • sahibinin qan qrupu və imzası;
  • xüsusi qeydlər.

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Mənbə

  • Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi — Sürücülük vəsiqəsi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.