Süqe toyon
Süqe Toyun (Saxa türkcəsi "Sayın Balta"), Saxa türk mifologiyasında ildırım tanrısı olub Ayığ kateqoriyasına aiddir. Bəzən üçlü ali yaradanın üçüncüsü olaraq bilinir. XVIII əsrin birinci yarısında Saxa türklәrinin bütün qəbilələri, bir neçə ali tanrılardan biri olaraq ona hörmət edirdilər.
Ehtimal ki, başlanğıcda Süqe Toyun ildırımın ruhu kimi sayılırdı, amma nəticədə Abası adlandırılan pis ruhları təqib edən ilah kimi hesab olunmağa başladı. Əfsanəyə görə göy gurultusu onun atının dırnaqlarının taqqıltısıdır və ildırım onun baltasıdır, bəzi əfsanələrdə, göy üzündə və Yer kürəsində onu təqib edən pis ruhları vurur. Bundan əlavə, mal-qaraların qoruyucusu olub uşaqları, buzovları və dayçaları insanlara göndərir.
Saxa türklərinin təsəvvürlərinə görə, ildırımla vurulmuş ağacın altında daş göz muncuğu və xoşbəxtliyi verən ildırımın baltasını taparlar. Ümumiyyətlə, saxa türklərinin həyatında bu tanrı heç bir rol oynamamışdır. Süqe Toyun mirasının tək qalığı arçı mərasimində ağacın ildırımıyla bölünmüşdən tilişkələrdən istifadədir.
Bir çox ləqəbə malikdir; "acıqlı müdir", "cəld qoçağı" və s.