Sünnilik

Sünnilik (ərəbcə أهل السنة والجماعةƏhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنةƏhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə.

Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir.[1][2] Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, ŞafiiHənbəli isə fiqhi məzhəblərdir.

Qaynaqları

İslam dünyasının xəritəsi.

Sünnilərin ilkin və məşhur hədis qaynaqları:

  • Əbd ər-Razzaqın Müsənnəfi — Əbd ər-Razzaq əs-Sən‘ani
  • Əhməd bin Hənbəl Müsnədi
  • Əl Hakimin Müstədrakı
  • İmam Malikin Muvattası
  • Səhih Ibn Hibban
  • Səhih Ibn Xuzaymə — Ibn Xuzaymə
  • Sünən əl-Darimi — Əl-Darimi

İstinadlar

  1. Britannika Ensiklopediyası, Sunnite Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine
  2. "Oxford Islamic Studies Online". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.