Sünəni-Tirmizi

Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir.

Sünəni-Tirmizi
ərəb. سنن الترمذي
Müəllif Məhəmməd Tirmizi
Orijinalın dili ərəb dili

Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır.

Haqqında

Müəllif

Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 3951 hədis yığmışdır[1]. Kitabın ən qədim və ən güvənilən nüsxəsi Əhməd Məhəmməd Şakir nüsxəsidir və nüsxə ərəbcədir.

Kitabları (Bölmələri)

Şərhlər

  1. İbn əl-Ərabi əl-Məkki Əbu Bəkr Məhəmməd ibn Abdullah əl-İşbili, "Aridaul əhvazi fi şərhit Tirmizi".
  2. Əl-Hafiz Cələluddin əs-Süyuti, "Quvvatul muğtəzi aləl-Cəmi ət-Tirmizi".
  3. İbn Seyyidin-nəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidinnəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Abdurrahim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. Hicrətin 806-cı ilində vəfat etmişdir.
  4. Siracuddin əl-Bəlqini əş-Şəfii, "Əl-Urfuş-şəzi alə Cami ət-Tirmizi" (əsər tamamlanmayıb).
  5. Məhəmməd Əbdürrəhman ibn Əbdürrəhim əl-Mubərakfuri, "Töhfətul əhvazi şərhu Cami ət-Tirmizi".

Nəşrləri

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub:

İstinadlar

  1. "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.