Sünəni-Əbu Davud
Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kutubi Sittənin) üçüncüsüdür.
Sünəni-Əbu Davud | |
---|---|
ərəb. سنن أبي داود | |
Müəllif | Əbu Davud |
Orijinalın dili | ərəb dili |
Vikianbarda əlaqəli mediafayllar |
Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə Sünəni-Əbu Davud olaraq anılır.
Haqqında
Müəllif
Əbu Davud Məhəmməd ibn Süleyman İshaq ibn əl-Əzdi əs-Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.
Əsər
Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 5274 hədis[1][2] yığmışdır.
Əsərə daxil olan kitablar
- Təharət
- Namaz (251 bab) (391–1160. hədis)
- İstisqa namazı (Yağış istəmək) (11 bab) (1161–1197. hədis)
- Səfər namazı (20 bab) (1198–1249. hədis)
- Nafilə namazı (27 bab) (1250–1369. hədis)
- Vitr (32 bab) (1416–1555. hədis)
- 10
- Həcc (97 bab) (1721–2045. hədis)
- 15)Cihad (170 bab) (2477–2787. hədis)
- 20)
- 25)
- 30)
- 35)
- 40)Ədəb (169 bab) (4773–5274. hədis)
Şərhləri
- Əbu Suleyman Həməd ibn Məhəmməd ibn İbrahim əl-Xəttabi, "Məalimus-sünən".
- Hafiz Cələləddin əs-Süyuti, "Mirqatus-suud alə sünən Əbu Davud".
- Əbul-Həsən Məhəmməd ibn Əbdül-Hadi əs-Sindi, "Fəthul-Vədud alə sünən Əbu Davud".
- Şəhabəddin Əhməd ibn İbrahim əl-Məqdisi, "Ucələtul-alim min kitabil-məalim".
- əl-Munziri, "əl-Addul-məvrud fi həvaşi Əbi Davud".
- Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, "Əvnul məbud fi şərhi sünən Əbu Davud".
- Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, "Ğayətul-məqsud fi şərh Sünən Əbi Davud".
Nəşrləri
Kitab Anar İsrafilov, Arif Hacıyev, Qabil Şükürov, Tural Hacıyev və Rəşad Hümbətov tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
- Səhih Sünən Əbu Davud, "Şərq-Qərb", 2012, 848 səh., ISBN 978-9952-34-843-9
Kitab türk dilinə tərcümə olunub və nəşr olunub :
- "Sünen-i Ebu Davud", çeviren : Necati Yeniel; Hüseyin Kayapınar, "Şamil" Yayınları, İstanbul, 16 cilt. (oxu Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine)
İstinadlar
- "Sünəni Əbu Davud (türkcə)". 2012-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-10.
- "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.
Xarici keçidlər
- Sünəni Əbu Davud (türkcə) Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine
- İmam Əbu Davud ictihad dərəcəsinə çatmış bir mühəddisdir. — MuslimPress.ru, 21 aprel 2011.
- «Sünəni» — İmam Əbu Davud əs-Sicistaninin hədislər toplusu — Musulmanin.com, 18 fevral 2012.
- İmam Əbu Davud Süleyman ibn əl-Əşas əs-Sicistani İmam Əbu Davudun qısa tərcümeyi-halı (hazırlayan: Faruk Əbu Həmid)