Süluk (Suriya)

Süluk[2] (ərəb. سلوك‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır.

qəsəbə
Süluk
سلوك‎
36°35′57″ şm. e. 39°07′43″ ş. u.
Ölkə
Mühafəzə Ər-Rəqqə mühafazası
Rayon Təll-Abyad
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 7,825[1] nəfər (2004)
Milli tərkibi ərəblər, Suriya türkmanları
Rəsmi dili ərəb dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi C5843
Süluk xəritədə
Süluk
Süluk

Tarix

Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir.[3] YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək,[4] yaxınlıqlardakı kəndləri məhv etmək[5] və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir.[6] Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.[7]

27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir.[8]

Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir.[9] Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.[10]

İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.[11]

YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır.[9]

Əhali

Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir.[4] Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.[2]

İstinadlar

  1. "2004 Census Data for Suluk nahiyah". cbssyr.sy (ərəb). Suriya Mərkəzi Statistika Bürosu. December 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  2. "Suriye'de Değişimin Ortaya Çıkardığı Toplum: Suriye Türkmenleri" (PDF). ORSAM – Ortadoğu Türkmenleri Programı Rapor (türk). Ankara (№ 83): 20. November 2011. Archived from the original on 2015-10-05. İstifadə tarixi: 2019-10-15.
  3. Bassem Mrke, Lefteris Pitarakis. "Thousands of Syrians flee into Turkey amid intense fighting". bigstory.ap.org (ingilis). Associated Press. June 14, 2015. September 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  4. Qutmanrqutman, Roy. "Kurds setting up to rule in Syrian town Islamic State held". miamiherald.com (ingilis). Miami Herald. November 1, 2015. March 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  5. "Syria: US ally's razing of villages amounts to war crimes". amnesty.org (ingilis). Amnesty International. October 13, 2015. October 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  6. "Arab tribes in Raqqa vow to fight Kurdish forces if they enter the ISIS de facto capital". aranews.net (ingilis). ARA News. December 16, 2015. December 19, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  7. Səid, Yerevan. "YPG dismisses Amnesty report accusing Kurds of ethnic cleansing". rudaw.net (ingilis). Rudaw Media Network. October 19, 2015. February 26, 2016 tarixində arxivləşdirilib.
  8. "Tall Abyad: IS captures Suluk and Hammam at Turkuman". kurdwatch.org (ingilis). Kurd Watch. March 3, 2016. October 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
  9. Şeymus Cakan, Məryəm Karunı. "Islamic State attacks Kurdish-held town on Turkish border". uk.reuters.com (ingilis). Reuters. February 27, 2016. November 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2019.
  10. "IS executes 19 at least, in the town of Hamam al-Turkman south of Tal Abiad". syriahr.com (ingilis). March 2, 2016. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: Octber 15, 2019.
  11. "By "Caliphate Cubs and the costume of Self-Defense", "Islamic State" carry out Tal Abyad military operations". syriahr.com (ingilis). Syrian Observatory for Human Rights. February 29, 2016. December 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.