Sülh Naminə Tərəfdaşlıq

Sülh Naminə Tərəfdaşlıq (ing. Partnership for Peace; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür.[1] İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır.[2] ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə,[3] prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir.[4]

"Sülh naminə tərəfdaşlıq"a həsr olunmuş Moldova poçt markası.

NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.[5]

İstinadlar

  1. North Atlantic Treaty Organisation. "Partner countries". December 3, 2009. August 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2009.
  2. Borawski, John. "Partnership for Peace and beyond". International Affairs. Royal Institute of International Affairs 1944–. 71 (2). April 1995: 233–246. doi:10.2307/2623432. JSTOR 2623432.
  3. "The President's Meeting with Czech Leaders | National Security Archive". 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  4. Savranskaya, Svetlana; Blanton, Tom. "NATO Expansion: What Yeltsin Heard". National Security Archive. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2019.
  5. "Partnership for Peace programme". 2013-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.