Sülhəddin Əkbər

Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri.

Sülhəddin Əkbər
Azad Demokratlar Partiyasının sədri
Vəzifədədir
4 iyul 2014-cüildən
Əvvəlkivəzifə təsis edildi
bayraq
Müsavat Partiyası Məclisinin sədri
bayraq2
30 sentyabr 2006[1] 29 noyabr 2010
SonrakıArzu Səmədbəyli
bayraq
Müsavat Partiyası başqanın siyasi məsələlər üzrə müavini
bayraq2
May 2001 30 sentyabr 2006
Əvvəlkivəzifə təsis edildi
bayraq
Müsavat Partiyasının siyasi məsələlər üzrə katibi
bayraq2
1995 may 2001
Sonrakıvəzifə ləğv edildi
bayraq
Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini
bayraq2
16 may 1992 1993
NazirFəxrəddin Təhməzov
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 16 iyul 1993
Seçki dairəsi346 nömrəli Qıvraq
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1960
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir.

Siyasi fəaliyyəti

1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir.

26 noyabr 1991-ci il tarixində təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir.[2]

1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur.

16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur.[3] 1993-cü ilədək bu vəzifədə çalışmışdır.

16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur.[4] 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.[4]

1992-ci ildən 2010-cu ilədək Müsavat Partiyasının üzvü olub. 1995-ci ildən 2010-cu ilədək Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavini olmuşdur.

2000-ci il parlament seçkilərində Sülhəddin Əkbər Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 4-cü sırada olmuşdur.[5] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Sülhəddin Əkbər deputat seçilə bilməmişdir.[6][7]

Sülhəddin Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını yaradıb və hazırda onun prezidentidir.

29 noybar 2010-cu ildə Müsavat Partiyasından istefa vermişdir.[8]

2013-cü ilin mayında Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmuşdur. Daha sonra isə istefa vermişdir.[9]

Akif Şahbazovun ardından 2012-ci ildən 2014-cü ilədək Açıq Cəmiyyət Partiyasının sədri olmuşdur. 2014-cü ilin iyul ayının 4-də Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasının bazasında Azad Demokratlar Partiyasını təsis etmişdir.[10] Azad Demokratlar Partiyası 15 aprel 2020 tarixində rəsmi qeydiyyata alınmışdır.[11]

İstinadlar

  1. Sülhəddin Əkbər Müsavat Məclisinin sədri seçildi
  2. "Arxivlənmiş surət". 2019-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  3. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  4. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  5. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  6. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  7. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  8. "Arxivlənmiş surət". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  9. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  10. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
  11. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.